Mübariz Göyüşlü: “Bu, bir növ “erməni xəstəliyi”dir”
Ermənilərin işğaldakı Azərbaycan torpaqlarındakı tarixi abidələri məhv etmək, onları erməniləşdirmək cəhdi davam edir. Hansı ki, ermənilərin bu vəhşiliyi Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır.Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü baş verənləri erməni vəhşiliyinin bariz nümunəsi kimi xarakterizə edib:
“Biz zaman-zaman ermənilərin bu cür vandal hərəkətləri ilə qarşılaşmışıq. Beynəlxalq ictimaiyyətin sərt qınaqlarına baxmayaraq, onlar bu hərəkətlərindən əl çəkmirlər. Hər şeyi saxtalaşdırıb öz adına çıxmaq da onların köhnə adətidir. Bir növ “erməni xəstəliyi”dir. Azərbaycan hər dəfə bu saxtakarlıqlara qarşı imkanı daxilində mübarizə aparır. Əlbəttə, nəticə qaneedici deyil. Onların saxtakarlığının qarşısını almaq mümkün olmayıb. Çünki bunun üçün torpaqlarımızın işğaldan azad etmək, ermənilərin bu hərəkətlərinə yerli-dibli son qoymaq lazımdır. Amma bu günə qədər əldə olan imkanlarla görülən işlər də erməni saxtakarlığının ifşası baxımından böyük işdir. Hesab edirəm ki, bu fəaliyyəti davam etdirmək, mümkün qədər erməni yalanlarını ifşa etmək lazımdır”.