Millət vəkili Arif Alışanovu "vurdu"- "Harıya gedersən ayə..."

Millət vəkili Arif Alışanovu "vurdu"- "Harıya gedersən ayə..." backend

Millət vəkili Fazil Mustafa bir gecədə ulduzu parlayan aktyor-müğənni Vüsal Rzasoyun “Ayə, harıya gedersən, ayə?” mahnısına yorum bildirib.

A24.az xəbər verir ki, deputat bunları deyib:
“Müasir Azərbaycan gənci… Adam ik öncə bir epizodla AzTV-dəki gənc obrazı ilə cəmiyyətin arzuladığı gənc obrazındakı fərqi göstərib. Əslində bu musiqiçinin istedadı barədə bir şey söyləməkdən çəkinirəm, başqa çıxışlarını izləməmişəm, ola bilsin ki, haqsızlıq edərəm.



Ancaq “Hara gedisən, ayə” ifadəsində çox güman ki, cəmiyyətə üstüörtülü sual verib ki, bu Arif Alışanovla AzTV kimi dövlət büdcəsindən maliyyələşən televiziya “hara gedir e…” Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı…”
Diaspora