ABŞ prezidenti Donald Trampın keçmiş seçki kampaniyası üzrə məsləhətçisi Ruzvelt Malloch, FETÖ başçısının qaytarılması məsələsi ilə bağlı “Türkiyə bizim ticarət və hərbi kəşfiyyat tərəfdaşımızdır. İki lider arasındakı münasibətlər çox yaxşıdır və iki ölkənin bir-birinə çox böyük ehtiyacı vardır.
Bunlara baxmayaraq ABŞ, öz yaxın dostu və müttəfiqi olan Türkiyənin məqbul olan istəyini yerinə yetirmədi” deyib. Malloch, “Eyni vəziyyət ABŞ-da olsaydı, biz kəlləsini istərdik” deyə, fikir bildirib.Malloch, son dövrdə baş verən böhranların nəticəsi olaraq Türkiyənin Rusiya və İrana yaxınlaşdığını deyib. Türkiyə ilə uzunmüddətli möhkəm münasibətlər yaradılmasının lazım olduğunu qeyd edən Malloch, "ABŞ və Türkiyə münasibətləri pozulmadan bunun aparılması lazımdır. 10 illərdir belə davam edirdi, bundan sonra da10 illər belə davam etməlidir. Əlaqənin pozulması hər iki tərəf üçün də yaxşı olmayacaq, terror təşkilatlarının xeyrinə olacaqdır. Müttəfiq kimi Türkiyə bir qədər bizdən qopma yoluna girmişdir, biz Türkiyəni bu yoldan çevirməyə çalışacağıq" deyə, söyləyib.
2-ci Dünya Müharibəsi, soyuq müharibə boyunca, Türkiyənin ABŞ-ın yanında olduğuna diqqət çəkən Malloch, ABŞ-ın qarşıdakı 40 il ərzində Türkiyə ilə yaxşı əlaqələr və münasibətdə olmaq istədiyini deyib. Türkiyənin təhlükəsizliyin mərkəzində olan bir ölkə olduğunu vurğulayan Malloch, Tramp dövründə ABŞ-ın ən yaxşı müttəfiqi olmağa davam edəcəyini qeyd edib.
“Trampın bu problemi həll etməsi lazımdır" deyən Malloch, "Türkiyə Gülənin qanuni bir şəkildə geri qayıtması üçün işləməyə davam etməlidir" - deyib.
Son olaraq Malloch,Türkiyənin yenilənmiş bir strategiyaya, yeni bir oyun planına ehtiyacı olduğunu deyib: “Türkiyənin insanlarını, hakimiyyətini və prezidentini təmsil edən yeni bir oyun planına ehtiyacı var. Özünü yenidən markalaşdırması lazımdır. Yalnız müasir gözqamaşdırıcı Osmanlı İmperiyası kimi bir ölkə deyil, hər kəsin ziyarət, investisiya və ticarət edə biləcəyi bir ölkə halına gəlməsi lazımdır".
Müxalifət.az