İtmiş sualtı qayıq tapılacaqmı? - Argentinada müəmma

İtmiş sualtı qayıq tapılacaqmı? - Argentinada müəmma backend

Argentinanın yoxa çıxmış “San-Juan” hərbi sualtı qayığının axtarışları onun olduğu yer və taleyi haqqında dəqiq, təsdiqlənmış məlumatlar əldə olunanadək davam etdiriləcək.

Axar.az xəbər verir ki, bunu Argentina Hərbi Hava Qüvvələrinin nümayəndəsi Enrike Balbi bildirib. Bundan əvvəl isə məlumat verilmişdi ki, ölkənin Hərbi Hava Qüvvələri sualtı qayığın yoxa çıxması ilə bağlılığı ola biləcək partlayış haqqında informasiyaya malikdir.

Xatırladaq ki, “San-Juan” sualtı qayığı noyabrın 15-də “Uşuaya” limanından Mar-del-Plata şəhəri istiqamətində üzən zaman onunla əlaqə kəsilib. Altı günlük oksigen ehtiyatına malik qayığın göyərtəsində 44 nəfər olub. Son əlaqə zamanı ekipaj yaranmış nasazlıq barədə məlumat verib.

Hazırda axtarış əməliyyatlarında ABŞ, Fransa, Böyük Britaniya, Braziliya, Çili və digər ölkələrdən olan 4 minə yaxın insan iştirak edir. Bu gün əməliyyatlara Rusiya da qoşulub.

Aralarında bir qadının da olduğu ekipaj üzvlərinin sağ qalmasına ümid hər ötən gün azalır. Onların qohumları və dostları “Mar-del-Plata” bazasının qarşısına toplaşaraq yeni xəbərlər gözləyir və dualar edirlər.
Diaspora