Azərbaycan türk dünyasının qalasıdır - NTV

Azərbaycan türk dünyasının qalasıdır - NTV backend

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odlar yurdu” adı ilə təqdim olunan geniş verilişdə ölkəmizin zəngin tarixi və müasir inkişafını əks etdirən rəngarəng kadrlar yayımlanıb.

Azərtac xəbər verir ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi ilə başlanan verilişdə Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam ordusunun xilaskarlıq missiyası, Cümhuriyyət hökumətinin hərbi yolla devrilməsi, 20 Yanvar faciəsi kimi tarixi faktlara müraciət olunub. Şəhidlər xiyabanında uyuyan azərbaycanlı və türkiyəli qəhrəmanların əziz xatirəsindən danışılıb. Şəhidlərin xatirəsinin həmişə ehtiramla yad olunduğu bildirilib.

Tanınmış telejurnalist Əhmət Yəşiltəpənin “Zaman yolçusu-kəşflər” silsiləsindən hazırladığı 6-cı verilişdə türkdilli tamaşaçılara Azərbaycanın siyasi tarixi, qədim mədəniyyət abidələri, onlar haqqında günümüzə qədər gəlib çıxan rəvayətlər, zəngin mədəniyyətimiz barədə də ətraflı məlumat verib. Verilişdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə müraciət olunub.
Ölkəmizi türk dünyasını qüvvətli qalası kimi təqdim edən teleaparıcı deyib: Azərbaycan Orta Asiya ilə Anadolu arasında türk dünyası mədəniyyətinin əzəmətli körpüsüdür.

Verilişdə Bakının mənzərəli yerləri, Qobustan qayaları, “Atəşgah” məbədi, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Şəki Xan sarayı, Naftalandakı müalicə-istirahət mərkəzləri və s. barədə bir-birindən maraqlı kadrlar əks olunub.

Veriliş boyu təcavüzkar Ermənistan tərəfindən Azərbaycan torpaqlarını bir hissəsinin işğal altında saxlanılması faktı bir neçə dəfə diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan tərəfindən XX əsr boyu davamlı olaraq Azərbaycan xalqının dövlətçiliyinə qarşı təcavüzkar siyasət yürüdülüb.
Diaspora