Səməd Seyidov Ovannisyanın Bakıya gələcəyi xəbərini təkzib etdi

Səməd Seyidov Ovannisyanın Bakıya gələcəyi xəbərini təkzib etdi backend

Xatırlayırsınızsa, virtualaz.org erməni KİV-ə, daha dəqiq desək, tert.am saytına istinadən 2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasının keçiriləcəyi və tədbirdə Ermənistan parlamentinin Avropaya İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyanla birlikdə bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyanın iştirak edəcəyi barədə anons vermişdi.

Ancaq AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov saytımıza eksklüziv açıqlamasında bildirib ki, bu informasiya həqiqətə uyğun deyil: "Bakıda bu komissiyanın iclası 2017-ci ilin martında olub və Avropa Şurasının qaydalarına əsasən, komitənin iclasları bir şəhərdə üç ildə bir dəfə keçirilə bilər".

Azərbaycan parlamentinin üzvü AŞPA çərçivəsində Bakıda hər hansı başqa iclasda erməni deputatlarının iştirak ehtimalını da təkzib edib. Nümayəndə heyəti başçısının sözlərinə görə, yaxın vaxtlarda Avropa Şurası Azərbaycan paytaxtında hər hansı iclasın keçirilməsini planlaşdırmır.

Virtualaz.org
Diaspora