Rusiyada son dönəmlərdə ictimai yerlərdə qanunsuzluq, təhlükəsizliyin təmin edilməməsi və hüquq-mühafizə orqanlarının intizamsızlığı səbəbindən insanlar özlərini müdafiə məqsədilə silah gəzdirəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Novaya Gazeta" nəşri məlumat yayıb. Mətbu orqanın baş redaktoru Dmitriy Muratov mətbuat əməkdaşlarını silahlandırmağa hazırlaşır. Jurnalistlərə özlərini təhdidlərdən qorumaq məqsədilə pnevmatik tapançalar paylanacaq.Baş redaktor bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinə yazılı şəkildə müraciət edib. Jurnalist Sergey Sokolov isə "dövlət bizi qoruya bilmirsə, biz özümüzü qoruyarıq" deyib.