Dünyanın ən nüfuzlu pasportları – Azərbaycan neçəncidir?

Dünyanın ən nüfuzlu pasportları – Azərbaycan neçəncidir? backend

Passport İndex portalı təklif edilən imkanlarına görə dünyanın ən nüfuzlu və zəif pasportlarının indeks siyahısını hazırlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqində 199 ölkənin adı yer alıb.

Siyahıda Azərbaycan pasortu nüfuzuna görə 124-cü pillədə yer alıb. Milli pasportumuz 64 ölkəyə vizasız səfər etməyə imkan verir.

Ermənistan pasportu 137-ci, Qazaxıstan pasportu 83-cü, Rusiya pasortu 42-ci, Gürcüstan pasportu 89-cu yerdə qərarlaşıb.

İndeksdə ən nüfuzlu pasport Sinqapura məxsusdur. Bu ölkənin vətəndaşları 159 ölkəyə maneəsiz səfər edə bilər. İlk “onluq”da Almaniya, Cənubi Koreya, Finlandiya, Norveç, İrlandiya, Avstriya, Fransa və İsveçrə yer alıb.

Ən arzuolunmayan pasportları isə Suriya, Pakistan, Efiopiya, Çad, Burundi, Sudan, Eritreya, Mərkəzi Afrika Respublikası, Əfqanıstan və Konqo Demokratik Respublikasının vətəndaşları daşıyır.
Diaspora