Rus diplomat: “Biz bunu bacardıq”

Rus diplomat: “Biz bunu bacardıq” backend

Suriyada atəşkəsə əməl edilir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

O bildirib ki, əldə edilən atəşkəs razılığı əsasında Nüsrə Cəbhəsini Suriya müxalifətindən ayırmaq mümkün olub: “Biz bunu bacardıq. İndi əsgərlərimiz kimin kim olduğunu və harada olduğunu anlayır”.

Rus diplomat bildirib ki, Suriya böhranı ilə bağlı həyata keçiriləcək Cenevrə və Astana görüşləri bir-birinə rəqib deyil. Çurkin onu da əlavə edib ki, Trampın başçılığı ilə ABŞ da Astana müzakirələrinə qoşula bilər.

Qeyd edək ki, Suriyada atəşkəs rejimi 30 dekabr saat 00:00 tarixindən başlayıb.
Diaspora