“Qarabağ” futbol klubunun azarkeşləri barədə “Əzik xoreoqrafiya” yazısının müəllifi “Sabah” qəzetinin müxbiri Mövlud Tezel Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib.
Axar.az xəbər verir ki, bu barədə Tezel Tvitter hesabında yazıb.“Diqqətlə baxsanız yazımın sadəcə bu xoreoqrafiya barəsində əyləncəli bir şərh olduğunu görərsiniz. Əgər Azərbaycan xalqını və qarabağlıları incitmişəmsə, üzr istəyirəm”, - Tezel bildirib.
Qeyd edək ki, “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.
Onu da qeyd edək ki, Mevlut Teze ermənilərə sevgisini izhar edən statuslar da yazıb.
Ən maraqlısı odur ki, futbol yazarının bədnam qeydləri Türkiyənin özündə də böyük təpki, hiddət doğurub. On minlərlə Azərbaycansevər türk qardaşımız müəllifi "top atəşi"nə tutub.