Döyüşlərinin birində qəza nəticəsində rəqibini öldürən Yuri Boyka onun xanımını başsız, övladını yetim qoyur. Ölmüş rəqibin həyat yoldaşı Alma şəhər ağası Zourabın əsirinə çevrilir, onun üçün döyüş klublarının birində xadimə işləməyə məcbur olur. Bunu öyrənən qəhrəman Yuri boyka həmin şəhər ağası ilə görüşür, onun üçün döyüşəcəyini və qalib gəldiyi təqdirdə Almanı azad buraxacağını qarşısına şərt qoyur.
Daha sonra Alma ilə görüşən Böyka ilə aralarında maraqlı bir dialoq baş verir:-Həyat yoldaşımı öldürdün, indi isə çıx get, məni xilas etməyinə ehtiyac duymuram.
-Mən özümü xilas etmək üçün burdayam...
Yuri Boyka özünü deyərkən, vicdan əzabından qurtulmağı nəzərdə tuturdu. O döyüşlərə girdi. Nə olursa olsun qadını o şərəfsiz ağanın əlindən xilas etməli idi. Ancaq şəhər ağası Zourab qəddar və zalım olduğu qədər sözünü üstündə durmağa bacarmadı. Yuri Boykaya söz verdiyi sonuncu döyüş əslində bitməmişdi. Rəqiblərini "knock out" edə-edə gələn Yuri sonda gözləmədiyi bir "Gigant"la döyüşə girməyə məcbur oldu. Boykanı onun əvvələr yatdığı həbs xanada heç bir rəqib tanımayan, hər çıxdığı rinqdən qatil olaraq ayrılan "Gigant" Koşmarla plansız görüş gözləyirdi. Elə sonuncu Macar döyüşçüsünü məğlub etdikdən sonra həmin rinqdə Koşmarı qəbul elədi. O, alçaq Şəhər ağasının tələsinə düşdüyünü anlamışdı. Amma gec idi. Finişə çatmaq üçün bu rəqibini da məğlub etməli idi. Ağır döyüşdən sonra bunu bacardı. "Gigant"ı huşsuz vəziyyətə saldı. Zourab isə qadını əldən vermək niyyətində deyildi. Şəhərə ağalıq etsədə verdiyi sözün ağası ola bilmədi. Bunun cəzası ölüm idi. Boykanın qol gücünə zəhm göstərə bilməyəcəyini anlayan Zourab silaha əl atır, Boyka qolundan və qarnından güllə yarası alır, lakin düşmənini caynağına keçirməyi bacarır, onu boğaraq öldürür. Alma artıq tam azadlığına qovuşur. Boyka vicdan əzabından qurtulur, amma növbəti dəfə dəmir barmaqlıqlar arasında yaşamağa məcbur olur. Çox gümanki filmin növbəti seriyası da çəkiləcək. Çünki məlubedilməz Yuri Boykanın bu filmi onun döyüş səhnəsi ilə başa çatır.
Film ötən il ərsəyə gəlib. Çoxlarının sevərək izlədiyi "Məğlubedilməz" seriyalı Todor Çapkanovun rejissorluğu ilə çəkilib. Baş Rollarda Skot Adkins(Yuri Boyka), Teodore Duxovnika(Alma) və Alon Aboutbol(Zourab) çəkilib.
Rüfət Soltan