Jurnalist olmaq

Jurnalist olmaq backend

Jurnalist masası önünüdə əyləşər və başlayar yazmağa. Köşə yazar, araşdırmalar aparar və s. Bir mövzunu araşdırmaq üçün günləri, həftələri, hətta ayları belə gözləyə bilər. Nə üçün və ya kimlər üçün, bu başqa bir mövzudur. Yazının sonunda bunu açıqlayacam. Jurnalistin fiziki məhdudiyyəti ola da bilər, olmayada bilər,lakin o həqiqətən jurnalistdirsə gün ərzində tonlarla yükü daşıdığını bilməlidir. Bunları zehni gücü ilə idarə edir. Bəli, jurnalistin zehniyyəti çox güclüdür, bəzən o qədər güclü olur ki, onunla qayanı belə parça parça edə bilər.

Jurnalist də müxbir kimi qışı, yayı, düşünməz. Bəzən soyuqda barmaqları titrəyərkən yazır, bəzən istidə nəfəsi kəsilənə kimi başladığı mövzunu bitirməyə çalışır. Çünki onun işi budur. Maddiyyat düşünməz jurnalist, kariera, yaradıcılıq və bir az da sevgi əlavə etdisə iş uğurla tamamlanmış hesab oluna bilər. Heç bir vəchlə jurnalist ərsəyə gələn məhsulunu dərhal nümayiş etdirməz, onun ələkdən keçməsini, yəni sıravi oxucu kütləsinin rəyini öyrənmək istəyər.

Bir jurnalist üçün onun redaktoru olmalıdır. Bəlkə də minlərlə oxucusu olacaq yazını redaktor gözüylə həmin minlərin hesabına yazar. Peşə sevgi deməkdir, peşə düşünmək deməkdir, və ən nəhayət təcrübə deməkdir. Yuxarıda qeyd etdiyim kimi, jurnalistin əsas fəaliyyət növlərindən biri araşdırma yazılar işləməkdir. İqtisadi, siyasi və yaxud ictimai təfəkkürü olmaqla bu bacarıqlara sahib olan çoxlu sayda jurnalistlərimiz var. Ancaq bu o demək deyil ki, hər köşəni, və ya hər araşdırmanı bacarıqların çərçivəsində yazmalısan. Tarixi araşdırmalar yazan bir şəxs jurnalist mövqeyini ortaya qoymaq istəsə də cəmiyyətin ciddi yanaşdığı və tənqid edə biləcəyi qorxusu onu bu məqsəddən soyudur. Halbuki, jurnalist tarixi araşdırma yazarkən bəlkə də ölkəni silkəyələyəcək bir addım ata bilərdi. O, günümüzə qədər fərqinə varmdığımız yaxud məlumatsız olduğumuz, alimlərin belə on illərlə araşdırmalarına baxmayaraq fərqinə varmadığı bir faktı ortaya çıxara bilər. Məsələn, jurnalist Nicat Hüseyn Dağların bir vaxtlar Gəncədə sökülmüş evin damından tapıb üzə çxıardığı tarixi bayraq kimi. Doğrudur dəyərli juranlistimizin tarixi bilgilərinə şübhəm yoxdur. Lakin sizə çox primitiv bir misal da çəkə bilərəm. Dünya mediasını silkələmiş bir hadisəni xatırlatmaq istəyirəm. 2-3 il öncə Amerikada yaşayan və həvəskar bloqgerliklə məşğul olan bir yeniyetmə yerli alimlər tərəfindən Sakit okeanın dərinliklərində quraşdırılmış bir kamera vasitəsilə canlı izləyici olmuşdu. Onun kimi yüzlərlə vətəndaş bu görüntüləri izləyirdi. Görüntüdə sadəcə okeanın dibində sualtı dalğaların sığal çəkdiyi qumsal təsvir olunmuşdur. Çünki minlərlə metr dərinlikdə çox az canlı yaşayırdı. Və bir anda hər şey dəyişdi. Yeniyetmə qəfil bir canlının kamera önündən keçdiyiniu gördü. Həyəcanla komputerə yaxınlaşan uşaq görüntünü “prewiev” edib həmin canlının göründüyü anı çəkib götürdü. Dərhal müvafiq quruma email vasitəsilə göndərən yeniyetməyə xəbər gəldi ki, elmdə yeni canlı kəşf olunub. Sonrasında yayılan məlumata görə həmin azyaşlıya elmə verdiyi dəyər və dəsətəyə görə nominant və müəyyən pul mükafatı təqdim edildi.

Deməyim odur ki, müxbir ya da jurnalist olmaq bəzən bilmədən nələrisə kəşf etmək deməkdir. Sadəcə əsas hədəf gizli maraq və dərin həfəsdən doğur. Bəzən oturub zamanı, tarixi, iqtisadi və siyasi dəyərlərimizi araşdırmağa başlayanda içindəki dolğun həvəs səni yazılarınla yaddaşlara həkk edir. Jurnalist kəşfiyyatçıdır. Jurnalistin nail olduğu istənilən nominant ədəbiyyat sahəsində yeni cərəyan gətiriən yazıçıların aldığı nobel qədər dəyərlidir. Ölkəmizdə onlarla jurnalist mükafatları təsis olunub. Bu mükafatların dəyəri zamanla bir birini üstələyir. Bəzən jurnalsit üçün real rəqəmlərlə göstərilmiş oxucu sayı belə mükafat sayılır. Çünki, onun bir köşəsini 50 nəfər oxuyubsa deməli 50 insanın şüuraltına nələrisə yeritməyə nail olub. Bəli, bu nailiyyətidir.

Rüfət Soltan

Adalet.az

Diaspora