Məni çağır gəlim

Məni çağır gəlim backend

Gözəl şəhərdir, maraqlı mənzərəsi var. Ancaq eləbil nə isə çatmır. Rəng! Bakının rəngi solmuşdu, bizi gözləyirdir. Dostum Mətanətlə birgə qərara aldıq ki, bu şəhərin xudbin simalarını nəşəyə çevirək. Bizə baxıb gülümsəsinlər, hər tərəfə rəng bəxş edək. Günün günorta çağı, payızın estafeti qışa verdiyi dönəmlər idi. Bulvara çıxmamışdan öncə Xəzərin sərin mehini də nəzərə aldıq, əynimzi bir az qalın eləmişdik.

Mətanət Bakıda yaşamadığı üçün ilin müəyyən vaxtlarında buraya gəlir. O artıq bir neçə həftə idi Bakıda idi. Planlaşdırılmış gəzintimizin sabahısı günü yaşadığı rayona qayıdacaqdı. Onun qonaq kimi qaldığı Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə yollandım. Sujetimizin qəhrəmanı məni gözləyirdi. Mərkəzə daxil olanda uzaqdan onun gülümsədiyini görürdüm. Bu məni daha çox sevindirdi. Mətanət giriş qapısında məni salamladı, içəri daxil olduq. Birazdan sifariş etdiyimiz London taksisi gələcəkdi. Ona kimi Mərkəzin binasına daxil olub oradakı digər yoldaşlarla görüşdüm. Nəhayət taksi xidməti təşrif buyurdu. Biz artıq yola düşmüşdük. Yol boyu danışıb gülürdük, elə o andan hiss etmişdim ki, şəhər gəzintimiz maraqlı və əyləncəli keçəcək. Bahalı şəhərin bahalı xidmətləri bizim ovqatımıza rəng qatmaya bilməzdi. Elə taksinin 15 dəqiqəlik yol haqqı günümüznü necə şən keçəcəyindən xəbər verirdi. İnsanların belə maraqla bizə göz dikməsi narahatçılıq deyildi, əksinə əyləncəmizə başqa bir maraq qatırdı. Əslində Mətanətlə dostluğumuz tarix sayılmır, uzun müddətdir sosial şəbəkədən tanışlığımız sonda tədbirlərin birində təsadüfən rastlaşmağımızla nəticələndi. Daha sonra dostluğumuz daha da möhkəmləndi. O mənə güvənirdi, mən isə ona. Cəmiyyət inam və mənəviyyat baxımdan kasıb olsa da inanırdıq ki, bu gəzinti həm də bir aksiya olaraq mənəvi saflıq və insaların daxilində məhbus olmuş dürüstlüyün üzə çıxarılmasında önəmli addım olacaq. Çünki, bir mddət əvvəl sosial şəbəkələrin birində paylaşılan böyük kütlənin maraqla və heyranlıqla qarşıladığı bir fotoda əlilliyi olan bir cavan oğlan və onu arabada şəhəri gəzdirən qızla xoşbəxt bir məna əks olunmuşdu. O zaman anladım ki, insanların bu cür fraqanetləri tez tez görməsinə ehtiyac var. Birazdan bizi də bulvarda dolaşan minlərlə insan seyr edəcək. Hər kəs bizim haqqımızda yoldaşlarına danışacaq, maraqlı statuslar payalaşacaq və s. Bizim üçün önəmli olmasa da sizin üçün maraqlı olduğu şübhəsizdir.



Artıq taksi dənizkənarı park deyilən məkana çatmışdı. Maşından enib yollandıq Xəzərin qoynuna. Düşnüdüyümüz kimi, Xəzər sərin mehini üzərimizə üfləyirdi. Qağayılar gəlişimizi səsləri ilə qaşılayırdılar. Təkərli oturacaqda əyləşmiş bir mələyi şəhərlə tanış etmək o qədər möhtəşəm bir duyğu idi ki, bunu yaşamayanlar bilməz.

Bəlkə də kilometrlərlə yol qət etdik, arada skmyalarda əyləşib söhbətimizi davam edirdik. Soyuq külək isə dəvətsiz qonaq kimi hərdən müsahibəmizə müdaxilə edir, qışın gələcəyindən xəbər verirdi. Çay içmək sevdasına düşüb kafelərin birini hədəf seçdik. Bir qədər irəlidə bizə daha yaxın kafelərdən birinə daxil olduq. Offisant bizə bir çaydan çayla milli və türk paxlavası gətirdi. Mətanət milli dəyərləmirizin adamıdır, o türk paxlavasını dadmadı. Ancaq məni bağışlayın, uşaqlıqdan “Obeliks” kimi qazana düşmüşdüm, amma şirniyyat qazanına. İsti çay, şirniyyat və bir də ən maraqlısı kafenin aynadan quraşdırılmış tavanı. Aynanın bizə verdiyi duyğu o oldu ki, günümüzün ən möhtəşən və uğurlu foto şəkilini həmin ayna vasitəsilə çəkdik. Bu, özündə böyük məna əks etdirir. Söhbət əsnasında ikimiz də tez-tez başımızı yxuarı qaldırıb həmin aynadan özümüzə tamaşa edirdik. Kənardan bizi izləyən olsa düşünər ki, uşaq düşüncələrinə qapılmışıq. Elə biz də bu hərəkətimizi tez tez təkrarladıqca özümüzü uşaq zənn edirdik və həmin aynadan Allah baba bizə baxırdı…

Artıq günün sonlarına yaxın günəş yavaş-yavaş gözdən itirdi. Kafedən çıxdıqdan sonra bir qədər dayanıb onun qürubda batımını seyr elədik. Sonra yavaş yavaş gəzintimizi sonlandırmağa doğru “addımlayırdıq”. İnsanların sayı da getdikcə artırdı, bu daha çox sevinc və daha çox sərbəstlik demək idi. Sanki özümüzü insalara göstərmək üçün çalışırdıq. Ucadan deyib-gülməyimiz kifayət etmirdi. Mətanət mahnı oxumağa başladı. Özü də bilərəkdən duet repertuarlardan oxuyurdu ki, mən də ona bu duetdə bələdçilik edim. Mənim üçün heç bir fərqi yoxdur, o dəlidirsə mən iki qat dəliyəm. Artıq uzaqdan bizə tamaşa etməkdən gözləri yorulan sakinlər yanımızdan keçərkən bu dəfə fərqli bir təəccüblə bizə dönüb tamaşa edirdilər. Bəzilərinin üz mimikalarının oynadığını görəndə sanki insanlardan təbəssüm ovlayırdıq.

-Bax Mətanət cəmiyyətdə təbəssüm axtarışımız uğurlu alınır.

-Ovlamaq lazımdır, bacardığmız qədər insaların təbəssümünü almalıyıq. İfaya davam…

Beləcə müxtəlif mahnılar dilimzdə bir birini əvəz edirdi. Ta ki, taksilərin dayandığı yerə kimi. İndi yenidən London taksilərdən birini çağırmaq lazım idi. Zəng etdim və şirkətin operatoru 20 dəqiqə ərzində taksinin bizim dayandığımız məkanda olacağını söylədi. Gəlmədi. Daha bir 20 dəqiqəlik gözlənti başa çatdı, təəssüfki sürücü gəlib çıxmadı. Axşam soyuğunun intiqamını hiss edirdik. Məcbur olub başqa bir taksiylə qayıtmalı olduq. Yolda ikən oyrəndim ki, sən demə gəldiyimiz yolu qayıtmaq daha baha başa gəlirmiş. Bakının fırıldaqçı London taskilərini mövzuya qatıb sizin də əhvalınızı korlamaq istəmirəm. Haqqından artığını yeyənlər bilirsiniz ki, hansı aqibətlə üzləşəcək.

Eləcə yol boyu söhbətlərimiz və zarafatlarımızdan qalmırdıq. Taksi sürücüsü bizim qəhqəhələrimizdən artıq cana doymuşdu. Mərkəzə çatanda sürücü sevinirdi biz isə üzülürdük. Açıq səmada parıldayan bötöv ay ətrafına ulduzları alıb bizə tamaşa edirdilər. Mətanəti maşından düşürüb Mərkəzin yataqxanasına daxil olduq. Mətnaətlə həmin gün minlərlə təbəssüm ovlamışdıq. Əldə etdiyimiz təbəssümləri yarı-yarıya aramızda bölüb xüdahafizləşdik. Gedərkən dönüb onu səslədim və dedim ki: Yenə buralara yolun düşsə məni çağır gəlim…


Rüfət Soltan

Diaspora