Cəmiyyətdə əfsanələrə ciddi maraq var. Bu hətta ciddi informasiyalardan da çox oxunur. Məsələ azərbaycanlı milyonçu Mübariz Mənsimovun bir müddət əvvəl Türkiyədə yaşadığı olaya köklənir.
Beləki, milyonçumuz Türkiyədə restoranların birində nahar edərkən yoxsul türk qadını restorana daxil olub ac olduğunu deyir. Mühafizəçilər tərəfindən məntəqədən uzaqlaşdırılmağa çalışılan qadın Mənsimovun nəzərindən yayınmır və o həmin restorana tapşırır ki, qadına hər gün nahar verilsin. Hətta milyonçu restoranda əyləşən zənginləri oradan uzaqlaşdırıb və deyib ki, onlar hər gün belə restoranlarda nahar edə bilərlər ancaq bu qadının belə bir şansı yoxdur. "Palmali” şirklətlər qurupunun prezidenti və "Xəzər –Lənkəran” futbol klubun fəxri prezidenti Mübariz Mənsimovun bu addımı geniş oxucu kütləsi tərəfindən və Türkiyədə böyük maraq və sayğı ilə qarşılanmışdı. Vədə ötdü və mətbuatımız yenidən həmin xəbəri gündəmə gətirdi. Sizi inandırım ki, apardığım müşahidələrə görə indi bu olay daha çox izləyici kütləsi toplayıb. Yaxşı mənada örnək olaraq cəmiyyətə əfsanə göstərdilər. İndi Mübariz canlı əfsanəyə çevrilib. Mübariz Mənsimov daha öncə bir neçə dəfə xeyirxah addımlar atıb. Bayramlarda yoxsulları sevindirib. Artıq xeyirxah milyonçunu xalq daha mükəmməl biri kimi tanıyır. Media orqanları isə əvəzində daha çox reytinq topladı. Orta səviyyəli portallarda 20 mindən çox baxış sayı aldı. Hələ güclü oxucu kütləsi olan saytları demirəm. Mübariz Mənsimovu tanımayanlar da artıq tanıyır.Rüfət Soltan
Adalet.az