İŞİD-in “sponsor”ları

İŞİD-in “sponsor”ları backend

İŞİD törətdiyi qətliamlar və bombardamanlarla dünya terror gündəmində yer alıb. İraqda yerli "qoçu” qruplaşmalarına qarşı birləşmiş Koalizasiyalar terrorçulara və məzhəbçilərə qarşı siyasi və savaş mübarizəsi aparmaqdadırlar. Qərb mətbuatı xəbər verir ki, İŞİD-in kəmiyyət və keyfiyyət baxımdan gücü tükənmək üzərədir. Bu zamana qədər ”Taliban”dan sonra liderliyi ələ almış bu birləşmənin məhvindən sonra şübhəsiz ki, yeni terror təşkilatı ortaya çıxacaq. Hələ ki, İŞİD maliyyə və silah bazaları hesabına özünü müdafiə edə bilir. Maliyyə və silah bazaları demişkən bu sadalan maddi dəstəyi İŞİD kimdən və ya Kimlərdən alır?

Dünya mediasında əsasən terroru gizlin dəstəkləyən ölkələr arasında ABŞ-ın adı daha çox hallanır. Lakin reallıq odur ki, ABŞ ordusu bu gün İraqda teror qüvvələrinə qarşı ölkəni müdafiə edir. Türkiyənin İraqa qoşun yeritməkdə real məqsədi ortadır və heç bir qərb mətbuatı buna şəklə yanaşa bilməz. Maraq doğtran sual odur ki, əgər ABŞ höküməti terrorçuları maliyyələşdirirsə o zaman öz pulları hesabına formalaşan İŞİD-i niyə məhv etmək istəsin ki? ABŞ-ın maliyyə nazirinin köməkçilərindən olan Daniel Qlaser də bəyan edib ki, İŞİD beynəlxalq terror təşkilatının maliyyə qaynaqlarının kəsilməsi məhz böyük ölçüdə hərbi əməliyyatlara bağlıdır. Möğvzunbu daha dərinliyə aparsaq belə bir məlumatı nəzərinizə çatdıraq: İllərdir ki, dünyanı idarə edən gizli şəbəkələrin kitablarında yazılmış qanunlardan biri odur ki, dünya əhalisinin sayının azaldılması əsas prioritetlərdən biri hesab olunsun. Bunun üçün müxtəlif bioloji xəstəliklər, savaşlar, və teror kimi hadisələri yer üzünə yaymaqdadırlar. Mərkəz Amerikanın bu prosesə başçılıq etməsi də qismən sübut olunub. Məsələ orasındadır ki, 11 sentyabr hadisələrinin də arxasında ABŞ təşkilatçı qurumları dayanır. Burada nəsə başa düşmək çətindir. Bir tərəfdən dəstəkçi olub digər tərəfdən verdiyi milyonlarla formalaşdırdığı qəddar təşkilatı dağıtmaq üçün ordu göndərir. ABŞ hökümət nümayəndəsi Qlasserin iddiası isə mükəmməl şəkildə dövləti İŞİD-lə bağlı haqlı çıxarmağa yönəlib. O İŞİD-in maliyyə bazasının necə formalıaşdığını da izah edib. "Amerikanın Səsi”nə açıqlama verən amerikalı nazir köməkçisi hətta İŞİD-in maliyyə qaynaqlarını açıqlayıb və bunun qarşısını almaq üçün danışdıqlar apardıqlarını deyib. Lakin maraqlısı da budur ki, həmin qaynaqla barədə fikirlərini bildirən Qlaser deyib ki, guya İŞİD xarici mənbələrdən qidalanan digər terror təşkilatlarından fərqli olaraq daxili mənbələrdən qidalanır: SİTAT: "İŞİD-in başlıca qaynaqları neft və təbii qazdır. Neft və təbii qaz satışından 2015-ci ildə qazandıqları pul təxminən 500 milyon dollar civarındadır. Bu rəqəmin 2016-ci ildə ciddi ölçüdə azaldığını düşünürük. Təşkilatın bir digər əhəmiyyətli gəlir qaynağı da vergi və xəracdan təmin edilir. Xərac deyilməsinin səbəbi var. Çünki vergi sözü İŞİD-i bir rəhbərlik olaraq qanuni saya bilər və bunu heç kim istəmir.

Ancaq xərac kəsmə İŞİD-in etdiyinə daha yaxındır, çünki həqiqətən nəzarət etdikləri bölgələrdə yaşayanlardan müəyyən bir üzvlük haqqı alırlar. Yığdıqları pul 2015-ci ildə ayda 30 milyon dollar civarındadır, yəni ildə 360 milyon dollar gəlirləri var- neft, təbii qaz, xərac. Bunlar daxili mənbələrdir və hazırda İŞİD-in gəliri illik 860 milyon dollara çatdı. Təbii ki, bir də son olaraq 2014-cü ildə Mosulu aldıqlarında ələ keçirdikləri pul var. Mosul banklarının kassalarındaki nağd 500 milyon dollara girişi də təmin etdilər. Yəni dövlət banklarından və Mərkəzi Bankın Mosuldaki şöbəsindəki pullar da İŞİD-in əlinə keçdi. Bunlar İŞİD-in gəlirlərində ən çox pay hesab edilir”.

Göründüyü kimi, amerikalı maliyyəçi burada istiqaməti İŞİD-in daxilinə yönəldib və burada istər-istəməz belə bir sual yaranır – bəs İŞİD formalaşarkən, bu təşkilatın arxasında dayanan hansı maliyyə qaynaqları olub? Əslində bunun üçün elə də uzağa getməyərək, bəzi tarixi məsələləri xatırlamaq olar. Məsələn, bu gün İŞİD-dən heç də geri qalmayan "Taliban” hərəkatının formalaşmasında dayanmış əsas güc ABŞ olub. Soyuq müharibə dönəmində SSRİ-yə qarşı mübarizə üçün yaradılmış bu terror təşkilatı hazırda ABŞ-ın və bir çox dövlətlərin siyahısında məhz terror təşkilatı kimi keçir. Həmin vaxt "Taliban”ı silah-sursatla, böyük maliyyə vəsaitləri ilə saxlayan ABŞ SSRİ süquta uğradıqdan sonra adıçəkilən terror təşkilatını məhv etmək üçün hərbi əməliyyatlar keçirdi. Ancaq bunun heç bir faydası olmadı. Bu gün "Taliban” Əfqanıstanda, Pakistanda və ətraf bölgələrdə düşərgələr yaradıb və zaman-zaman terror aksiyaları törədir. Yeri gəlmişkən, "Taliban”ın bir çox səhra komandirləri son illər İŞİD terrorbaşına – Əbu Bəkr əl Bağdadiyə biət ediblər və Suriyada, İraqda, Yəməndə vəhşi siyasətlərini yürütməkdə davam etməkdədirlər. Əlbəttə ki, "Əl-Qaidə” və s. adlı terror təşkilatları da bu timsaldandır.

İŞİD-ə silahları kim verir?

İsrail siyasi mövzularda ABŞ-dan daha ağıllı adımlar atıb. Adətən silah satan və ya silah paylayan ölkələr bir növ müştərisini himayə etmiş olur. Lakin maliyyə dəstəyi göstərən ölkələr qədər bu bu onlar üçün çox məsuliyyət tələb etmir. İŞİD-i silahlandıran ölkənin ABŞ yoxsa İsrail olması da başqa bir mövzudur. İran hökümət nümayəndələri ABŞ hökümətinin gizli tərəflərini suçlasa da bu haqlı və ya haqsız gühanlandırma İsraildən də yan keçmir. İranın prezidenti Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Con Kerinin İranın Raket proqramının dayandırılması tələbinə cavab olaraq deyib ki, ABŞ-ın regional müttəfiqlərindən bəziləri məxfi şəkildə "İslam dövləti" ekstremistlərini dəstəkləyirlər: "ABŞ İrana qarşı əsassız və dəlilsiz iddialar qaldırmaqdandsa, regional məsələlərə daha ciddi nəzər yetirməlidir. Cənab Kerri ABŞ müttəfiqlərindən soruşmalıdır ki, "İslam dövləti" silahları kimdən alır".

Digər tərəfdən isə İŞİD-ə məxsus hərbi təyyarələrin İsrailin istehsalı olduğu ilə bağlı faktlar dolaşmaqdadır. Belə ki, bir müddət öncə İŞİD terror təşkilatının İsrail istehsallı pilotsuz təyyarələrdən istifadə etdiyi ortaya çıxıb. bu barədə məlumatı İraq ordusu yayıb. Ordu rəsmilərinin sözlərinə görə, Fəlluca şəhəri yaxınlığında terrorçulara məxsus pilotsuz təyyarə məhv edilib. Təyyarə qalıqları üzərində aparılan araşıdrma zamanı texnikanın İsrailə məxsus olduğu aydınlaşıb.


Rüfət Soltan

Adalet.az
Diaspora