Bağımızda işıldayan qara işıq.
Hər şey qaradadır. Geyimlər, evlər, arabalar, səmada belə rütubət var, buludlar belə yağışı özündə saxlayıb endirmir yerə. Çünki, o gün 90-cı illər idi. Ölüm məktubları qarakağızlara təsvir verirdi.Odur ki, acı həqiqətləri yaşayırdıq. İnsanlarımız, camaatımız, gələcəyin alimləri, hüquqşünasları, məsləhətkeşləri qırılırdılar. Sancaqlara, qılınclara keçirilən soydaşlarımızın ruhları ürəyimizə dayanmadan zərbələr endirməkdədirlər. Sakitlik höküm sürür. Məhəllədə, evdə, bacada uşaqlar kiçik daş parçalarından müxtəlif oyuncaqlar qayırır düzəldir. Taxtadan yonulmuş qırıcı təyyarə küləklə həmgüc olub çərpələngi hərəkətə gətirməkdədirlər.
Təki balacalar əylənsinlər, oynasınlar. Adi bir silah belə təmizlənmiş taxta parçasıyla elastikin birgə mexanikasına tabe olmuşdur. Vaqonlar dəmir yoluna həsrətdədirlər-ya stansiya, ya da metal qəbulu bazası- deyə hayqırırlar. Əslində takatak səs salan silah da, çərpələngin səsinə cuşa gələn qırıcı təyyarə də, çakkıldayan daşlar da bizlərik. Axı niyə uşaqlar belə xoşbəxtdir-deyə böyüklər buna qibtə. Bu betər hislərdir. Tariximizin qaralara məhkumiyyəti var tariximizdə.
Rüfət Soltan
Adalet.az