Axşam işdən qayıdırdım. Gecə 12-ni ötmüşdü, yəqinki, sonuncu metro qatarına minmişdim. İndi əvvəlki kimi deyil, gecə yarı, sonuncu qatar, amma hələ də oturmağa yer tapılmır. Eləcə ayaq üstə yol gəldik.
Qatar Nəriman Nərimanov stansiyasına çatanda maşınist çığırdı ki, qatar depoya gedir. Və bütün sərnişilər enməli oldular. Lakin bu zaman qapılar bağlanarkən vaqonların birində gənc yaşlarında bir qız içəridə qaldı. Sərnişinlər qatarı birtəhər saxladılar. Qızı gecə vaxtı tanımasaq belə Depoya göndərmək istəməyən vətəndaşlarımız vardı. Bəlkə cibində pulu yoxdur, bəlkə Deponun yerləşdiyi məntəqəni tanımır. Axı gecə vaxtı şəhərdə avtobuslar da işləmir. Qatar hərəkət edərkən platdormadakı sərnişinlərin çağırışı ilə dayandı lakin əlində taxta çubuğu gəzdirən işçi qadın maşinistə işarə verdi ki, heç bir problem yoxdur sürə bilərsən. Bu splatformada dayanan sərnişinlərin möhkəm qəzəbinə səbəb oldu. Mən onda gördüm ki, qadınlarımızın, namusunu çəkən ürəkli oğullarımız var. Gənc qız qatarda tək Depoya kimi getdi amma metro işçiləri sərnişinlər tərəfindən elə rüsvay edildi ki, vallah utandıqlarından bircə qalmışdı ki, baş götrürüb tunelə qaçsınlar.