“Başsız atlı”

“Başsız atlı” backend

Cavan nəslin nümayəndəsi olduğum üçün düşündüm ki, bir publisist imicinə varıb öz həmyaşıd ictimai fəal gənc “tərəf”ləri tənqid edim. Modernizm çərçivəsində əyləncə, bisnez və publisistika həmçinin eybəcər hala salınmış politika ideal gənclərin ordusunu yaradıb. İlk sadaladığım üç sahə müxtəlif layihələrilə ölkəmizin elmli savadlı kulturalı və s. səviyyəli təcəssümünün nə yerdə olduğunu göstəməyə xidmət edir. Yəni müxtəlif gənclər təşkilatları təsvirdə önəmli, bəlkə də fundamental obraz yaradaraq müxtəlif layihələrini üzə çıxardırlar. Çox yaxşı, hətta deyərdim ki, son on ildə gerçəkləşdirilmiş və qısa zamanda dəyərli tapıntı kimi xoş lərzə gətirən hal kimi belə tədbirlər kreativ və superdir. Buna görə ölkəmizdə fəaliyyət göstərən “ictimai” təşkilatları təqdir etmək olar. Media, marketing, qış universiteti, yay düşərgəsi və s. Lakin “balaca” politoloqların yersiz və şəxsi “həvəs”lərinə söykənmiş olan mənasız davaları sadəcə gülüncdür. İqtidarçı və müxalif olmaqla bu cavanların ətarflarına bitərəf həmyaşıdlarını toplayıb onlar üçün tragikomedik polemika səhnəsi yaratmaq sadəcə gənclik imicinə xələl yetirən eybəcər haldır. Hərdən onlara yönəlmiş bir gülüşün ardından əsəb tufanı gəlir insana.

Nəysə… Nə bilime özlərini qoyublar ahıllığa. Etik görüşlər, hər zaman yaşından asılı olmayaraq xalqı marifləndirən gənc təbliğatçıların məziyyəti olmalıdır. Yoxsa “media akademiyasında siyasi mövzulu qırğın” kimi?! Guya “balaca” siyasətçilər görüş təyin edirlər və mövzunun qeyri-politika platfomasında yürüdəcəkləri əsasında sonda yenə siyasətlə “öpüşürlər”. Bunlar sadəcə çıxışlar zamanı düşünülməmiş, improvizasiyaların gətirdiyi məntiqsiz ekspromtun nəticəsidir. Yəni böyüksüz iş görmək olmaz a bala! Debatını keçrirsən heç olmasa bir təcrübəli şəxsdən məsləhət və xeyirduanı al. Yoxsa, layihəni özün yarat, görüşü dostların təşkil etsin, kiçik padvalda kiçik debat auditoriyası topla, aparıcı isə məhləuşaqlarından biri olsun. Əla! İndi gəlin ağzınıza gələnləri dilə gətirib bir-birinizi bombardaman etməyə başlayın! Bu nə deməkdir?!

Yuxarıda sadaladığım məsələnin izahı, daxilində qəliz, zahirində isə primitiv yanaşma saxlamış olsa da, əslində reallıqdır inanın mənə. Hər halda gənclər məni daha yaxşı başa düşər. Tənqidlərim isə konkret ünvanlıdır!

Məsələnin acınacaqlı yönü əslində bir növ təcrübəsiz gənc sürücünün avtobusla yersiz manevrlər etməsinə bənzəyir. Belə ki, o, düz “trass”da “sağ-sol” edib “sərnişin”lərə də qorxulu anlar yaşatmağa çalışır. Əslində burada sürücülük bacarığı və vəsiqəsinin önəmi, ictimai-etik davranış təcrübəsizliyi gözə dəyir. Uşağı sükan arxasına mindirən valideyni və yaxud müəllimi kəskin şəkildə qınayan isə xalq(sərnişinlər) olur. Əgər bir uşaq bir qələti edirsə onu tənbeh etmək əvəzinə qınağlar onun başçısına ünvanlanmırmı? Burada da eləcə?.. Mən gənc lider anlayışının varlığına əzəldən bəri şübhə ilə yanaşmışam. Bu mümkün olası şey deyil ay camaat. Gənc lider “başsız atlı” anlayışı kimidir. “Başsız” atlı isə sadəcə mifdir, real həyatda o bir neçə saniyə can verməkdə olarkən gedib girəcək bir dirəyə, nə bilim müvazinətsizliyin acı sonluğuna(başı bədənində deyil axı). Gənc “müvazinətlər”in qısa zamada uğursuzluğa düçar olması da onların başsız olması ilə bağlıdır. Bizim ağıllı balalarımız(gənclərimiz) isə elə hesab edirlər ki, siaysətçi bir onlardır bir də Bağdaddakı kor xəlifələr. Başa düşmürəm niyə gənclər siyasi mövzulara bildi-bilmədi, qandı ya qanmadı burunlarını soxmağa çalışırlar. Biri kənardan dillənsə ki, milliyətin nədir? Elə həmin dəqiqə “Azəri”yəm deməklə hətta özü-özünə şübhə etməyə başlayacaq. Bir az da yaxınlaşdıqca tərbiyəli ev qızı kimi utanıb oradan uzaqlaşacaq. Günah “başsız”larda deyil, politologiya elmindədir ki, insanların əksəriyyətini bilikli-savadlı olduqlarına inandırıb “yolundan azdırır”. Axı siyasət fəlsəfə deyil ki, hər kəs üçün ümumişlək olsun, axı bu aforizmlər toplusu deyil ki, yoldan keçən dilənçi təsadüfən bir neçə cümlə qurub heyranlıq bağışlasın. Gedin öz işinizlə məşğul olundəə. Jurnalist, qələm əhli hər zaman cəmiyyətdə ehtiram, hörmət görmüş şəxslərdir. Natiqlər də həmçinin… Ancaq mən bu başsızlara heç cürə rəğbət bəsləyə bilmirəm…


Rüfət Soltan


Adalet.az

Diaspora