Siqaret kimidir, tərgitmək olmur

Siqaret kimidir, tərgitmək olmur backend

Neyləsəm xeyri yoxdu, qarşısını ala bilmirəm. Elə bir xəstəlikdir ki, gərək buna adət etməyəsən. Hər dəfəsində eləcə başlanğıcda qərar verirsən ki, onsuzda bu da axıra kimi getməyəcək, birinin 3 gün, birinin bir həftə zəmanəti var, uzağı 1-2 ay, bundan artıq olmaz. Hər nə qədər gəncliyimin bu cür fəsli hər gün bir mehlə rastlaşsa da axı hər mehin də bir sonu var.

Bilirsən, bu xəstəlik məndə necə yarandı? Siqaretə adət olunduğu kimi, sonra gəncliyin çətin bir interval olduğunu dərk edəndə, onun əyləncə qolunu seçdim. Siqareti tərgidə bilmədim, gündə yarım paket, bəzən bir paket gedirdi-onları da tərgidə bilmirdim, ayda ən azı hesaba salsaq sayı 10-a çatırdı, çəkirdim, ləzzəti öləndən sonra brendi dəyişməyi qərara alırdım. Bilirəm çox alçaqca bir hərəkətdi. Ancaq gənclərin 80 faizi bu işlə məşğuldu, deməli məni qınamağa haqqınız yoxdur.

İş tapmışdım ki, işləyəm və özümü dolandırırm. Bərəkətinə şükür, öz gəlir-çıxarlarımı tənzimləyə bilirəm. Bircə bu məfhumlar olmasaydı… Bilirsiniz hər dəfə fırladanda ən azı maaşımın 10 faizi tayfunun gücündən havaya sovrulur. Çətindir amma həzz veriraxı. Qarşına kaprizlər, qəmzələr, fahişələr, axmaqlar, çaş-başlar, açbazlar, rəssamlar, qəmginlər, sərsəmlər, cürbəcür cəfənglər, haramzadələr, yalançılar, əsl aşiqlər çıxır. Siyahı çox uzundur, dostum söz açanda ilk reaksiyam "hansı?” olur. Yolda, işdə, evdə, tualetdə, şadlıq sarayında, "facebook”da, "Viber”də, "cam”da hər yerdə. Qısası vəziyyət tamamilə fərqli deyil, səthi mənada görünür ki, cəmiyyət tərəfindən aydın və başa düşüləndir. Qəbul edirlər, və beləcə mənim kimi pozitiv, modern təfəkkürlü qərb nağışlı cavanlar flörtlərlə yaşamağa davam edir.

Müalicəsi varsa mənə də xəbər verin. Dostum vəziyyəti belə görəndə sadəcə bir kəlmə işlətmişdi: "Başına və sinəvə fikir ver axmaq” – dedi mənə. Açığı heç nə anlaya bilmədim. Yox qətiyyən, ağılsız deyiləmki, fikirləşmək üçün başım… İndi başa düşdüm… var.

Şəhərdə "frılanqıc”lar çoxdur, əslində onların arasında yaxşıları da var, saf qəlbli yumşaq üzlü ifrit ləqəbli… Oynamaq gözəldir. Açığı desəm qadınlarda sevən ürək olsaydı onlar dünyanın ən ağıllı varlıqları hesab edilərdi. Elə dostum da mənimlə razılaşrıdı. Mənim "Qızfırlatmağ”ım, onun isə "söz fırlatmağı” bəzən xoş münasibətlərə, bəzən isə mübahisələrə yol açırdı. Bir gün şəhəri gəzərkən, sinəmə yalnızlıq ağırları çökdüyünü hiss elədim və anladım ki, fırlatmalıyam. Tanrının lütfündənmi yoxsa cəzasındanmı bilmirəm, hər dəfəsində gözəl fırlanqıclar gəlib mənə yapışırlar. Mənə elə gəlir ki, bu lütf olunduğum bir istedaddır, çünki sevən gözlərim yox idi, əvəzində seviləməyə layiq yaraşıqlı bədənim, simam vardı. Açığı qızlar da bunu istəyir. Aparılan sorğulara görə, qadınların əksəriyyəti bədənə və simaya baxır. Ayaq, diş, burun kimi tezizlər də sezilir, amma elə də çox deyil. Qısası mən bədbəxt bir şanslıyam. Yoxsa kimdir mənə qələm atan. Qoy elə birdəfəlik qılıncı ürəyimə sancan "leyla” tapılsın. Bəlkə onda "ölərəm”.

Rüfət Soltan
Diaspora