Rayonlardan birinə gedərkən şahidi oldum. Sürücü 3 nəfəri təmƏnnasız mənzilbaşına çatdırdı. Açığı necə izah edəcəyimi bilmirəm, çünki cəmiyyətdə pis insanlar o qədər çoxdur ki.
Yaxşıların əməlini danışmağa adam ehtiyat edir. Kasıb ailə başçısı idi, anası və həyat yoldaşı ilə yolçu avtomobilimizi saxladı və dedi ki, pulumuz yoxdur yasımız var! Sürücü bununla başa düşdü və onlar maşına aldı. Halbuki, nəfər 200 kilometrlik yol üçün 30-40 manat civarında qazanc olacaqdı. Sürücünün avtomobili də özünün deyil, söhbət zamanı danışırdı ki, arendaya götürüb çörək pulu qazanır. Təbii Ki, bunu əvvəlki söhbətimizdə demişdi, nə vaxtki, yasa gedənlər maşında yox idi. Əlqərəz, sürücülər də cəmiyətin qınaq obyeti olan şəxslərdir. Lakin unutmayaq, onlar da insandır. Nə qədər kobud və maarifsiz olsalar da insanlıq var! Bir məsələ də var ki, yas və xeyir məclisləri xalqımızın milli –dini ənənələrinə xas arnamentlərdir. Ölənlərə və evlənənlərə hər zaman cəmiyyətmizdə hörmət var! Allah yolunuzu açıq eləsin!Rüfət Soltan
Adalet.az