Bakıda sistemli taksi xisdməti çoxdandır fəaliyyət göstərir. Taksilərimiz gündən günə perspektivləşir. Lakin sürücülərin mədəniyyət və şüurlu davranışları özündə cəmləyən etik qaydalara riayət etmək vərdişi bircə yoluna düşsəydi inandırım sizi heç dərdimiz olmazdı.
Bakıda yaşayıb "Binə" və "Sədərək" Ticarət Mərkəzlərinə gedən sakinlərimiz sözsüz ki, yol kənarında saxlayıb "Eyni yolu gedirəm min aparım" ənənəsi ilə sürən sürücülərin cibinə hər gün 1-2 manat xərc qoyurlar. Bu qeyri-leqal olsa da kiminsə sifarişini yerinə yetirirsənsə deməli avtomatik oalraq sən taksi sürücüsünün vəzifəsini icra edirsən. Amma təssüf ki, bəzi "Taksi"lərimiz yolda getdiyin zaman saxlayıb gah dostunu, gah əmisi nəvəsini, gah da dayısı yeznəsinin bacanağını maşına atıb həm sərnişinə narahatçılıq yaradır həm də necə deyərələr səhər-səhər adamın "qanını qaraldır". Belə getsə şəhərdə ya sürücü qalamaycaq, yada hər kəs "sürücü" olacaq.Rüfət Soltan
Adalet.az