Mən də Nobel Sülh mükafatı ala bilərəm

Mən də Nobel Sülh mükafatı ala bilərəm backend

Mən indi sosial mövzuda bir kitab yazım, sonra bankdan bir 100 min dollar kredit götürüm, bu kitabı müxtəlif dillərdə tərcümə etdirib dünyaya yayım, MALALAnın 66 milyonluq rekordunu təzəliyim və mənə 1 milyon dollar prizi olan Nobel sülh mükafatı versinlər.

Vallah məni qınamıyın, bu nobelçilərin çıxışını izləyirəm bayaqdan ancaq təhsil, insan hüqquları bir də "Bu uğuruma görə ailəmə, minnətdaram" sonlquları ilə tədbir sona çatır, Qadasınaldıqlarım da prizlərini götürüb gedirlər evlərinə. Nə gözəldir.

Bu Kolombiya prezidentini və ya bundan sonrakı illərdə Nobel sülh mükafatını qazanacaq olan şəxsləri gördükcə elə MALALA yadıma düşür. 16 yaşında Ban Ki Munun qarşısında çıxış etmək falan kimi şeylər insanı düşünüdürür, belə şeyləri ancaq filmlərdə görərdik. İndi isə reallıqların şahidi olanda başqa xalqları deyə bilmərəm ancaq bizim xalqın nümayəndələri ötəri yanaşırlar. Yaxşı ki jurnalist olmuşam, bir az da xarici dil biliyim var sizi məlumatlandırmağı da özümə borc biilirəm. "Xarabalıqdan çıxan milyonçu" filminə sadəcə maraq xatirinə baxdığımz anları xatırlayın, bir də reallıqları analiz edin. Adam lap çaş baş qalır: Bu dünyada filmlər real hadisələrdən törəyib yoxsa real hadisələr filmlərdən ilhamlanır. Bəlkə elə hər ikisidə filmdir?..

Rüfət SOLTAN Adalet.az

Diaspora