Azərbaycan?!

Azərbaycan?! backend

24 illik həyatımda ilk dəfə mənə belə bir sual ünvanlandı: "Azərbaycan?!.”

Açığı bu sualın qarşısında bir anlıq donub qalmışdım. Cavab verə bilmədim, çünki sualın məğzi məni açmamışdı: "Necə yəni Azərbaycan?”.

Qarşımda əyləşən tarixçi ünvanladığı sualı təkrar söylədi. Açığı düşünməli idim. Bəziləri bilir ki, müsahibə mərhələsi insanı necə qəliz suallarla qarşı-qarşıya qoyur. Belə sualın cavabı əslində çox geniş və əhatəli idi. Bir anlıq donmuş beynim sanki açıldı və tarixçinin bu əsrarəngiz orijinal soğrusuna cavab verməli oldum…


Tarix, coğrafiya, ərazi mənsubiyyəti və s. eskizləri beynimdə qaraladığım kimi əslində bunlar tarixçinin nəzərindəkilərlə eynilik təşkil edirdi. Belə bir unikal və qeyri-dəqiq sualın qarşısında məncə kim olsa donub qalardı. Sevinirəm ki, həmin müsahibədən üzüağ çıxmağı bacardım. Ancaq "Azərbaycan?!” adlı sual məni evə gələnə kimi yolboyu düşündürürdü. Bu "Azərbaycan nədir?”, "Azərbaycan haradır?” və yaxud "Azərbaycanı necə təsvir edərsən?” kimi suallardan ibarət deyildi. Lakin onların yığcam variantı hesab edə bilərəm. Məni düşündürən o idi ki, əgər əhali arasında bunu sorğu şəklində təklif etsək həmvətənlərim necə cavablandırar?..

Təsəvvür edin ki, Bakının mərkəzi küçələrindən birində yoldan keçəni saxlayıb ona "Azərbaycan?!” deyə soruşursan. Təbii ki, qısa müddətlik profilaktikadan sonra çox gümanki "sadə vətəndaş”ın ilkin reaksiyası belə olacaq: "Vətənim” nəbilim yurdum yuvam, və s. dolğun klassik fikirlər.. Onları soğuya çəkən müxbirimizin məqsədi isə əhalinin öz ölkəsi haqqında ümumi dünyagörüşünün nə yerdə olduğunu üzə çıxarmaqdır.

Gəlin belə edək, düşək Bakının canına və hər küçədən bir şair, bir palitoloq, bir məktəbli, bir tələbə və bir mütəfəkkiri sorğulayaq. Şairin heç bir məna kəsb etməyən lazımsız sətirləri Nizaminin, politoloqun qeyir-səmimi siyasi şərhləri cırtdanın, məktəbli və tələbənin möhtəşəm təfəkkür nümayiş etdirməyə can atması gələcəyimizin, mütəfəkkirin isə bizə intervyu verməkdən imtina etməsi ölkədə insanlara olar sayğı və sevginin axırına çıxacaq. Bəs yaxşı Azərbaycan?!…


Azəbaycan nədir?!



Məncə bunlar əbəsdir. Qayıtmalıyam həmin o tarixçinin düşüncələrinə. Axı mən onları oxumağı bacarmışdım. Özümü öymürəm qətiyyən. Mənim yerimdə kim olsa bu möhtərəm sualı cavablandıra bilərdi. Elə isə özümüzü özümüzdən çəkindirən nədir? Məgər insanlara mentalitetlə, gənclərin geyim tərzi ilə, Avropaya inteqrasiya mövzusu ətrafında qeyir-ciddi suallarmı ünvanladıqmı ki, müsahiblərimiz mental dəyərləmizlə bağlı öz şəxsi müsanibətlərinin yayımlanmasından çəkinsin. Və yaxud "şortik” geyinənləri təhqir edib əvəzində commentlərdəki cavab rəylərindənmi qorxsunlar?.



Əgər elədirsə "Azərbaycan?!” Sualına cavab verərkən tam səmimiyyətə önəm verib Sisianovun biqeyrət olması, coğrafi ərazilərimizin təsvirini verərkən rus və İran rəhbərlərinin şərəfsiz olması, erməni riyakarlarının törətdiyi izaholunmaz vəhşiliklərdən bəhs edək bəlkə. Hər şey mümkündür, anladım ki, bu sual qarşılığında tarixçi məndən primitiv orta məktəb biliklərimi də tələb edirdi. Gələcəyin mütəfəkkiri ola biləcəyimi belə ağlımdan fraqment kimi keçirdiyimi danmıram. Elə isə o yolda tutub danışdırdığımız müsahiblərim niyə özalərini çətin yola salırlar? Məgər bu qədərmi çətindir sualı cavablandırmaq?.. Doğrudur, əslində sualın universal xarakter daşıması cavabını haradan başlayacağımızda bizə çətinlik yaşadır. Çox bilirik ancaq cavabın hansı qulpundan tutacağımızı bilmirik. Məncə hər bir kəs öz sahəsinə uyğun şəkildə cavablandırsa beləliklə "Azərbaycan?” sualı haqqında yekun nəticəyə gəlmək olarmı?


Əslində hər hansı nəticə məsələnin məğzi kimi görünmür. Sadəcə əsas hesabatda Azərbaycanın şərqdə ilk demoktratik respublika olması, ilk opera bəsdəsini verən ölkə olmağımız və bir çox tarixi nailiyyətlərimiz bilinməsi vacib olan yaddaşımızdır. Həmçinin Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub. Tarixdə düşmənlərimizə qarşı cəsur hökümdarlarımız, o cümlədən silahı qələm olan dahilərimizin də ruhun ölkəmizin üzərində gəzir. Onlar qoyub getdiyi Azərbaycanın tərifini tez-tez duymağ istyəyirlər. Ruhları şad olsun!.


Rüfət Soltan
Diaspora