Din xadimi selfini günah elan edərək, bildirib ki, bu, qürurun və lovğalığın əlamətidir. “Daily Mail” qəzeti bu barədə məlumat verib. İndoneziyalı məşhur ruhani Feliks Siau öz Twitter səhifəsində selfidən qaçmağı məsləhət görür.
O, xüsusi olaraq selfi çəkdirən müsəlman qadınları “natəmiz” adlandıraraq, onları ittiham edib.Onun sözlərinə görə, bu şəkillər özünü başqalarından yaxşı hiss etməyə şərait yaradır. Bu isə günahdır.
Onun fikirlərinə cavab olaraq minlərlə istifadəçi selfi çəkdirərək sosial şəbəkələrdə yerləşdiriblər.