Qazaxıstandan AZAL qəzası ilə bağlı yeni AÇIQLAMA

Qazaxıstandan AZAL qəzası ilə bağlı yeni AÇIQLAMA backend

"Qazaxıstan Aktauda baş verən təyyarə qəzasının obyektiv və şəffaf araşdırılmasında qərarlıdır".

QAZİLER.AZ  Milli.Az-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Rusiya Federasiyasındakı səfiri Dauren Abayev deyib.

Diplomat vurğulayıb ki, istintaq açıq və dürüst olmalıdır:

"Gizlədəcək heç nəyimiz yoxdur. Biz ədalətli araşdırmanın tərəfdarıyıq".

Səfir araşdırma prosesinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına ciddi riayət olunmaqla, Azərbaycan, Rusiya və Braziliya nümayəndələrinin iştirakı ilə aparıldığını da xatırladıb.

O qeyd edib ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin təyyarə qəzası ilə bağlı ilkin hesabatında hələlik heç bir tərəfin təqsiri və ya məsuliyyəti müəyyən edilməyib.

Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb. 

 

 

Diaspora