“Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu gün Bakıda məhkəməsi keçirillən separatçıların cəzalandırılmasını zəruri edir”.
QAZİLER.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, bu şəxslər Azərbaycan xalqına qarşı mühaibə cinayətləri törədiblər ki, bu da bütün bəşəriyyətə qarşı cinayət hesab edilir:
“Məhkəmə qarşısında dayanan bu şəxslər vaxtiylə Azərbaycana qarşı çoxsaylı cinayətlər törədiblər. Bu müharibə cinayətləri beynəlxalq hüquqda insanlığa qarşı cinayət hesab edilir.
Bütün dövlətlər, eləcə də Ermənistan və Rusiya da üzərlərinə insanlıq əleyhinə cinayət törədən şəxslərin mühakimə edilməsi ilə bağlı öhdəlik götürüblər. Bu öhdəliklər Azərbaycanın məhkəmə qarşısına çıxardığı erməni separatçılarını cəzalandırılmasını zəruri sayır. Buna görə də indi Rusiya və Ermənistandakı bəzi şəxslərin Bakıdakı məhkəmə prosesinə başqa don geyindirmək cəhdi absurddur və bu cür cəhdlər beynəlxalq hüquqla açıq-aşkar ziddiyət təşkil edir”.