Azərbaycan dilini qorumaq və təbliğ etmək yalnız ana dilini qorumaq demək deyil...”

Azərbaycan dilini qorumaq və təbliğ etmək yalnız ana dilini qorumaq demək deyil...” backend

“Azərbaycan dilini qorumaq və təbliğ etmək yalnız ana dilini qorumaq demək deyil. Bu, həm də tarixi, ədəbiyyatı, incəsənəti qorumaq deməkdir”.

QAZİLER.AZ  xəbər verir ki, bunu  Moderator.az-a açıqlamasında akademik Nizami Cəfərov bildirib. O, qeyd edib ki, dili qorumaq dilə bağlı bütün dəyər və mənəvi sərvətlərimizin qorunması anlamına gəlir:

“Dil elə bir sərvətdir ki, o, sadəcə özü ilə məhdudlaşmır. Dilin arxasınca ədəbiyyat gəlir. Dilin arxasında tarix, incəsənət və s. gəlir. Bütün bunlar dillə bağlıdır. Yəni biz dilimizi qorumaqla komplek olaraq bütün bunların hamısını qorumuş oluruq. Buna görə də Azərbaycan dilinin qorunmasına, təbliğinə hər zaman xüsusi diqqət yetirmək olduqca vacibdir. Bu dil böyük dildir və onu qorumaq, təbliğ etmək hər birimizin borcudur”.

 

 

Diaspora