“Ermənistanın məsuliyyətsiz və düşüncəsiz addımları bütün bölgənin gələcəyi üçün ciddi təhdidlər vəd edir”.
QAZİLER.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildiirb. Ekspert qeyd edib ki, müxtəlif mənsəbə qulluq edən şəxslər, ən müxtəlif qüvvələr Ermənistanda özlərinə asanlıqla yer edə bilirlər:
“Ermənistan tarixən müxtəlif terror təşkilatları üçün yuva olub, onlar üçün sığınacaq rolunu oynayıb. Vətən müharibəsindən öncə və müharibə dönəmində də Ermənistan çoxsaylı terror təşkilatlarına ev sahibliyi edib, müxtəlif məsələlərdə onlardan istifadə edib. Terrorist, casus – kim istəyir bu ölkədə özünə asanlıqla yer edir.
Bu gün də Ermənistan ərazisində müxtəlif məqsədlər güdən fərqli qüvvələr mövcudur ki, bunlardan biri də Avropa İttifaqının missiyasıdır. Bu missiyanın adı monitorinq missiyası olsa da, onlar faktiki olaraq casusluqla məşğul olurlar. Yəni bu missiyanın fəaliyyəti sülhə, təhlükəsizliyə xidmət etmir.
Ermənistan bütün bu qüvvələri, məkirli gücləri öz ərazisindən çıxarmalı, regionun təhlükəsizliyi və rifahı üçün bölgə dövlətləri, xüsusilə də Azərbaycan və Türkiyə ilə sağlam münasibətlər qurmalıdır. Ermənistanın yeganə xilas yolu budur”.