Polşa xarici işlər naziri: Avropa ölkələri vahid ordu yaratmayacaq

Polşa xarici işlər naziri: Avropa ölkələri vahid ordu yaratmayacaq backend

Polşa xarici işlər naziri Radoslav Şikorski Rusiyadan gələn təhdidlərə cavab olaraq Avropa ölkələrinin vahid ordu yaratmayacağını bildirib.

QAZİLER.AZ  Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, şənbə günü dövlət televiziyasına verdiyi müsahibəsində deyib.

"Bu terminlə bağlı ehtiyatlı olmalıyıq, çünki insanlar bunu fərqli başa düşür. Əgər bunu milli orduların birləşdirilməsi kimi başa düşürsünüzsə, bu baş verməyəcək", - o deyib.

Nazir hazırda Avropa İttifaqının gücləndirilmiş briqada yaratdığını qeyd edib:

"ABŞ bizdən müdafiədə daha çox iştirak etməyimizi istəyirsə, bu, həm milli komponent, həm də NATO komponenti olmalıdır".

Şikorski Polşa hərbçilərinin Ukraynada yer almasının müzakirə mövzusu olmadığını bildirib: "Polşanın NATO qarşısında vəzifəsi şərq sərhədini, yəni öz ərazisini qorumaqdır".

Diaspora