Sərhəddəki sakinlərə xəbərdarlıq edildi – “Bizdə acınacaqlı faktlar var…”  

Sərhəddəki sakinlərə xəbərdarlıq edildi – “Bizdə acınacaqlı faktlar var…”    backend

“Əsasən Hindistan, İran və ya ərəb ölkələrinin vətəndaşları olan əcnəbilər son aylarda Ermənistanın sərhəd yaşayış məntəqələrinə yaxın ərazilərdə fəal işləyirlər”.

QAZİLER.AZ  Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni jurnalist Nairi Ohikyan deyib.

O, sərhəd kəndlərdə yaşayan sakinlərə xəbərdarlıq edib:

“Sərhəd kəndlərindən olan həmvətənlər, nə qədər az maaş istəsələr də, əcnəbilərin cəbhə işlərinə cəlb olunmasına imkan verməyin. Tikinti şirkətlərini əcnəbilərin xidmətlərindən imtina etməyə məcbur edin”.

N.Ohikyan iddia edib ki, guya onların çoxu məlumat toplayıb Azərbaycana ötürür:

“Bizdə artıq bəzi acınacaqlı faktlar var ki, bu haqda yaxın vaxtlarda danışacağam.

Mən bu barədə bir neçə dəfə ER Müdafiə Nazirliyinə və Milli Təhlükəsizlik Xidmətinə məlumat vermişəm, amma nəticə sıfıra bərabərdir”.

 

 

Diaspora