“Basqalı” rəqsinin “erməni şalaxosu” kimi təqdim olunmasına rəsmi REAKSİYA

“Basqalı” rəqsinin “erməni şalaxosu” kimi təqdim olunmasına rəsmi REAKSİYA backend

Məlum olduğu kimi, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Gürcüstanın IMEDI televiziya kanalında ölkəmizə məxsus “Basqalı” rəqsi növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” – “erməni şalaxosu” kimi təqdim olunub.

QAZİLER.AZ  Musavat.com-a istinadən verdiyi  məlumata görə, bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Məsələ ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyi rəsmi reaksiya verib.

Qurumdan Musavat.com-a verilən açıqlamada bildirilib ki, bu istiqamətdə araşdırmalar aparılır və müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, məsələ Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub və bu cür təhriflərin qarşısının alınması üçün beynəlxalq səviyyədə daha sərt addımların atılmasının vacibliyi vurğulanır.

 

 

Diaspora