“Dünyada gedən qlobal proseslər Cənubi Qafqazın yenidən bölüşdürülmənin bir hissəsi olsa, bu, ilk növbədə Gürcüstana aid olacaq”.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Birləşmiş Neytral Gürcüstan” təşkilatının üzvü, politoloq Bidzina Giorqobiani “Daily Chronicle” proqramındakı çıxışı zamanı söyləyib.
Siyasətçi deyib ki, strateji tərəfdaşlar olan Türkiyə və Azərbaycanın Gürcüstanla 33 il ərzində çox mehriban və yaxşı münasibətlər saxlaması Gürcüstan üçün xüsusilə vacibdir. Bizim üçün ən vacibi qonşularımız olan Türkiyə və Azərbaycanla, daha sonra Ermənistanla yaxşı münasibətlər saxlamaqdır.
“Yeni dünya nizamı qurulandan sonra Rusiya ilə münasibətlərin gələcəyinin necə olacağını görəcəyik. Qonşularımızla münasibətlər Gürcüstan üçün birinci prioritet olmalıdır, ondan sonra qlobal layihələr haqqında düşünməliyik” – deyə, Bidzina GiorQobiani bildirib.