"Övladın rusca oxusun, utanmayıb deyəsən ki, azərbaycanca başa düşmürük”

"Övladın rusca oxusun, utanmayıb deyəsən ki, azərbaycanca başa düşmürük” backend

“Nə qədər cahil olasan ki, deyəsən, övladım rus bölməsində təhsil alır, Azərbaycan tarixi niyə rusca keçirilmir?! Axı uşaq onu başa düşmür”.

QAZİLER.AZ  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru, naşir Şəmil Sadıqov Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Alimin sözlərinə görə, bir valideyn Elm və Təhsil Nazirliyini bununla əlaqədar məhkəməyə verib: “Deyirlər, bir ağıllı valideyn nazirliyi məhkəməyə verib ki, niyə Azərbaycan tarixi rus bölməsində Azərbaycan dilində keçirilir? Buna görə övladımın balı aşağı olacaq! Adam bilmir, gülsün, yoxsa ağlasın! 

Birinci, bunu deyən və ya edən valideynin milli kimliyi araşdırılmalı, sonra da onu əqli problemi və məntiqi düşünmə qabiliyyəti həkim yoxlanışından keçirilməlidir.

Sən Azərbaycan vətəndaşı olasan, övladına dövlət büdcəsi ilə başqa dildə tədris imkanı yaradılsın, hələ utanmayasan, deyəsən ki, biz Azərbaycan dilini başa düşmürük. Bu şəxs elə ailəsi ilə birgə ölkədən sürgün edilməlidir. Hər bir ölkənin vətəndaşı qarşısında birinci şərti dövlətin rəsmi dilini bilməkdir. Dövlət dilini bilməyənin bu ölkədə nə işi var?!”

Şəmil Sadıqov əlavə edib ki, təhsil haqqında qanunda istənilən beynəlxalq məktəbdə Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasının dövlət dilində olması əks olunub: “Çox təəssüflər olsun ki, uzun illərdir, elə dövlət təhsil proqramlarımız buna cavab verməyib. Yaxın keçmişdə, Elm və Təhsil Nazirliyi ciddi bir addım atıb - Rus bölmələrində Azərbaycan dilinin saatları 2 saatdan, 3 saata qaldırıldı, Azərbaycan tarixinin Azərbaycan dilində keçirilməsi qərarı verildi. Bu, 30 ildən sonra verilən, çox möhtəşəm və ciddi addım idi. Ümid edirəm ki, zaman-zaman ardı gələcək, Azərbaycan dilindəki saatlar ən azı Azərbaycan bölməsinin saatı qədər, 6-9 saata qədər qaldırılmalıdır. Amma ən vacib olan addım odur ki, dövlət büdcəsi hesabına həyata keçirilən rus bölməsi bağlansın!”

Diaspora