Slovakiyanın baş naziri Robert Fiko Ukrayna prezidenti Vladimir Zelenskinin qulluqçusu olmaq niyyətində olmadığını bildirib və Avropa İttifaqından Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu təsdiqləyib.
QAZİLER.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsində paylaşımında deyib.
“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır. Robert Fiko Slovakiyanın baş naziridir, Ukraynanın qulluqçusu deyil”, - baş nazir bildirib.
O, Ukraynanın Avropaya qaz tranzitini dayandırması ilə Aİ-dən Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu vurğulayıb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
