İmişlidə dəhşətli qəzaya səbəb olan avtomobili yeniyetmə idarə edirmiş - YENİ FAKT

İmişlidə dəhşətli qəzaya səbəb olan avtomobili yeniyetmə idarə edirmiş - YENİ FAKT backend

İmişlidə dəhşətli qəzaya səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub. 

QAZİLER.AZ Lent.az-a istinadən verdiyi xəbərə görə, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan “Mersedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib. 

Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Diaspora