Qazaxıstanda AZAL-ın sərnişinlərinin xilas olunmasında iştirak edənlər dövlət mükafatlarına layiq görülüblər

Qazaxıstanda AZAL-ın sərnişinlərinin xilas olunmasında iştirak edənlər dövlət mükafatlarına layiq görülüblər backend

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində iştirakına görə Qazaxıstanda bir qrup şəxs - Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.

QAZÍLER.AZ  APA-ya istinaden verdiyi xəbərə görə, bu barədə Manqistau vilayət administrasiyası məlumat yayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfər dövlət mükafatına layiq görülüb, 51 nəfərə dövlət başçısının təşəkkür məktubu təqdim edilib.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

 

Diaspora