10 ukraynalı əsgəri öldürən özbəyə vətənində şərti cəza verilib

10 ukraynalı əsgəri öldürən özbəyə vətənində şərti cəza verilib backend

Özbəkistanın Əndican şəhər məhkəməsi Ukraynaya qarşı Rusiya tərəfində vuruşan Özbəkistan vətəndaşı barəsində hökm çıxarıb.

QAZÍLER.AZ  Musavat.com-a istinadla xəbər verir ki, ittihama görə, Mərhəmət rayonundan olan 39 yaşlı T.A 2023-cü ilin aprelində mövsümi iş tapmaq üçün Moskvaya gedib. Orada olarkən o, Rusiya ordusuna qoşulmaq və Rusiya ilə Ukrayna arasındakı döyüş əməliyyatlarında iştirak etmək qərarına gəlib.

O, 21 iyul 2023-cü ildə Rusiyanın hərbi birləşməsi ilə müqavilə bağlayıb, həmin ilin dekabrına kimi o, Ukraynanın Şaxtyorsk və Baxmut şəhərlərində rus qüvvələrinin apardığı döyüşlərdə iştirak edib.

Məhkəmə prosesində keçmiş muzdlu əsgər günahını tam etiraf edib və peşman olduğunu bildirib.

O deyib ki, 2023-cü il aprelin 17-də Moskvaya gedərək əvvəlcə “Sarok” mağazasında 15 gün qəssab işləyib, daha sonra “Novatek” neft birjasında işə düzəlib orada bir Rusiya vətəndaşı ilə tanış olub və həmiş şəxs yüksək aylıq məvacib müqabilində onu Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməyə razı salıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, yeni tanışı ona söz verib ki, yaralanatsa, təzminat ödəniləcək. Özbəkistan vətəndaşı bu təkliflə maraqlanıb və 2023-cü ilin iyununda müqavilə bağlayaraq, Moskvadakı poliqonda iki aylıq hərbi təlim keçib, sonra döyüşlərə qatılıb və ona ilk aylarda 150 min rubl ödəniş alıb, lakin sonra ödənişlər dayandırılıb.

2023-cü ilin iyul ayının sonunda o, Ukraynanın Şaxtyorsk və Baxmut şəhərlərinə göndərilib, orada taciklər və digər əcnəbilərlə görüşüb. 2023-cü ilin noyabrına qədər gedən döyüşlər zamanı, müttəhimin öz etirafına görə, 10-dan çox ukraynalı hərbçini öldürüb.

Döyüş meydanındakı fəallığına görə o, rus qoşunlarının kəşfiyyat bölməsinə göndərilib. Sonra beş ay ərzində Luqanskda döyüşlərdə iştirak etdi.

2023-cü ilin dekabrında Moskvaya qayıdıb. O, Rusiyada xidmətdə qalmaq təklifindən imtina edib və bacısı və həyat yoldaşı ilə Özbəkistana getməyə qərar verib. Onun ifadəsinə görə, ailə üzvləri onun əməlindən qismən xəbərdar olublar.

Məhkəmə qərarında deyilir ki, 2023-cü il dekabrın 31-də vətəndaş Qazaxıstanla sərhədi keçərək Özbəkistana qayıdıb, bundan sonra könüllü olaraq hüquq-mühafizə orqanlarına müraciət edib və Rusiya ordusunda xidmət etdiyini təsdiq edən bütün sənədləri təqdim edib.

İclasda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib, əməlini maddi vəziyyətinin ağır olması və ailənin yeganə təminatçısı olması ilə izah edib.

Məhkəmə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona 4 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.

Ona yaşayış yerini tərk etmək qadağan edilib.

Diaspora