“Rusiya Prezidenti Vladimir Putin yeni il tətilini iş qrafiki çərçivəsində keçirəcək”.
QAZÍLER.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, artıq müəyyən planlar var:
“Prezident hər şeyi planlaşdıra bilər. Təbii ki, müəyyən planlar var. Aydındır ki, adi vətəndaşlar kimi o, bütün həftə sonu istirahət etməyəcək və hətta bu vəziyyətdə belə, mümkün deyil”, - Kreml nümayəndəsi qeyd edib.