BMT baş katibinin xüsusi nümayəndəsi DƏMƏŞQDƏ - “Qarşıda hələ çox çətinliklər var”

BMT baş katibinin xüsusi nümayəndəsi DƏMƏŞQDƏ - “Qarşıda hələ çox çətinliklər var” backend

BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen Bəşər Əsəd respublika prezidenti postundan getdikdən sonra ilk dəfə Dəməşqə səfər edib.

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, Pedersen Əsəd rejiminin süqutundan sonra ölkədə baş verən dəyişikliklərin əhəmiyyətli olduğunu və böyük ümidlər verdiyini qeyd edib, lakin qarşıda hələ çox çətinliklərin olduğunu vurğulayıb.

Diplomat həmçinin Qərbin Suriyaya qarşı sanksiyalarının tezliklə ləğvinə ümid etdiyini bildirib.

“Biz ümid edirik ki, sanksiyalar tez bir zamanda aradan qaldırılacaq və o zaman biz həqiqətən Suriyanın yenidən qurulması ətrafında birləşə bilərik... Bunlar BMT-nin sanksiyaları deyil. Bunlar ABŞ və Aİ və bəlkə də digərləri tərəfindən tətbiq edilən sanksiyalardır”, - Pedersen əlavə edib.

Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı qruplaşmalarının güclənməsi səbəbindən daha da gərginləşib. Dekabrın 8-nə keçən gecə onlar respublikanın paytaxtı Dəməşqə nəzarəti ələ keçirdilər. Eyni zamanda, ölkə ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib.

Diaspora