Bu ilin sentyabrında lməhv edilən “Hizbullah” lideri Həsən Nəsrullahın qızı atasının son illərdəki həyatının təfərrüatlarını açıqlayıb.
QAZÍLER.AZ Lent.az-a istinaden bildirir ki, Zeynəb Nəsrullah deyib: “O, həmişə yeraltı bunkerdə qalmayıb, yalnız müharibə zamanı olub”.
Onun sözlərinə görə, məşhur inancın əksinə olaraq, Nəsrullah çox vaxt yerin üstündə yaşayıb. O, adi binalarda işləyirdi və bəzən Livan küçələrində adi bir adam kimi gəzirdi. “Onu şəxsən tanıyan qonşuları var idi. İkinci Livan müharibəsindən sonra o, yerin üstündə yaşamağa üstünlük verdi. Yalnız münaqişə və ya müharibə zamanı o, təhlükəsizlik üçün bunkerə enirdi”, - o əlavə edib.
Keçən ay “The New York Times“ yazıb ki, Nəsrullahın öldürülməsinin səbəblərindən biri onun İran və Suriyaya raket arsenalını bərpa etmək istəməsi olub. Bu arsenal əvvəlki hücumlarda sıradan çıxmışdı.
Nəsrullahın məhv edilməsi əməliyyatı sentyabrda keçirilib. Zərbəni İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri endirib. “Hizbullah” liderinin gizləndiyi bunkerə hər birinin çəkisi təxminən bir ton olan 80-dən çox bomba atılıb.
Hücuma F-15I (“Ram”) bombardmançılarından istifadə etməklə İsrail Hərbi Hava Qüvvələrinin 69-cu eskadrilyası rəhbərlik edib. Bu təyyarələr İsrail Hərbi Hava Qüvvələrinin ən güclülərindən biri hesab olunur.