İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsədin hakimiyyətinin devrilməsinə "X" hesabı vasitəsilə münasibət bildirib.
QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, B. Netanyahu bu anı Yaxın Şərq üçün tarixi gün kimi dəyərləndirib:
"Dəməşqdə Bəşər Əsəd rejiminin devrilməsi böyük imkanlar vəd etsə də, özü ilə önəm verilməli olan təhlükələri də gətirəcək.
Biz sərhədin o tayında, Suriyada yaşayan və bizimlə sabitlik şəraitində yaşamaq istəyən dostlarımıza: kürdlərə, xristianlara və müsəlmanlara sülh əlimizi uzadırıq" - deyə, B. Netanyahunun paylaşımında bildirilir.