Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verəcəyi təqdirdə üçüncü dəfə dövlət başçısı postuna namizəd ola bilər.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu fikirləri Türkiyə liderinin baş müşaviri Mehmet Uçum deyib.
“Konstitusiyaya görə, parlament hazırkı prezidentin ikinci müddətində növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edərsə, o zaman konstitusiyanın 116/3-cü maddəsinə uyğun olaraq prezident yenidən namizəd ola bilər”, - deyə Uçum qeyd edib.
Ərdoğanın ikinci prezidentlik müddəti 2028-ci ildə başa çatır və konstitusiyaya görə, o, iki dəfə ardıcıl sözügedən posta seçildiyi üçün üçüncü dəfə namizəd ola bilməz.