CHP-də böhran: Özəlin bu açıqlamasına sərt reaksiya

CHP-də böhran: Özəlin bu açıqlamasına sərt reaksiya backend

Türkiyədə CHP daxilində çəkişmələr davam edir. Partiya sədrinə müxalif isimlər qurultay tələb etsə də, Özgür Özəl tələbi qəbul etməyib.

QAZÍLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, CHP üzvü Oğuz Kaan Salıcı Özəlin bu addımını sərt şəkildə tənqid edib.

“CHP sorğu nəticəsində qurulan bir partiya deyil. Partiya öz siyasətini sorğunun nəticələrinə əsasən müəyyənləşdirmir. CHP-də qurultay bir lütf deyil, haqdır. Lazım gəlsə, partiya qurultaya gedə bilər. Hazırkı sədr də (Özgür Özəl – red.) sonuncu prezident seçkilərindən sonra partiya ilə bağlı problemlərin olduğunu bildirdi və qurultayın keçirilməsinə ehtiyac olduğunu irəli sürərək, sədrliyə namizəd oldu. CHP-nin hər bir sədrinə son dərəcə hörmət olub. Digər tərəfdən, partiyanın baş katiblərindən Kamil Kırıkoğlunun da dediyi kimi, “o, sultan deyil”, - Salıcı vurğulayıb.

Qeyd edək ki, ötən gün partiya sədri Ö.Özəl ölkə mediasına açıqlamasında “Kimsə partiyanın səsini düşünmək bahasına məndən qurultay üçün yalvarmasın. Gücü olanlar qurultay çağırsın” ifadəsini işlədib.

 

 

Diaspora