Britaniya Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks 1990-cu ildən indiyə qədər düz 88 dəfə qondarma “Dağlıq Qarabağ”a səfər edib. Erməni separatizminin Qərbdəki ən sadiq müdafiəçilərindən biri olub. İslama və müsəlmanlara qarşı xüsusi nifrəti ilə seçilən bu qadın Anqlikan kilsəsinin radikal rəhbərlərindən biri kimi də tanınıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki, 2023-ci ilin iyulunda o, Laçın dəhlizində oldu, ancaq Qarabağa daxil olmağa cəsarət etmədi:
“Bir vaxtlar isə o, belə deyirdi: “Bu gözəl “ölkən”i (Qarabağı) və igid xalqı sevməmək mümkün deyil”. İndi 87 yaşlı bu xanım yenidən İrəvana gəlib. Niyəsi maraqlıdır. O, 2000-ci ildə Qarabağ erməniləri üçün reabilitasiya mərkəzi açmışdı. Orada yerli separatçılar müalicə olunurdu. İndi o mərkəz də Azərbaycanın nəzarətindədir. Ancaq Baronessa Koks təslim olmaq istəmir. O, həmin reabilitasiya mərkəzini İrəvana "köçürmək" istəyir.
Belə görünür ki, Baronessa öləndən sonra da ermənilər üçün işləyəcək”.