Türkiyənin inkişafında rolu olan azərbaycanlılar…

Türkiyənin inkişafında rolu olan azərbaycanlılar… backend

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatı keçirilib.

QAZÍLER.AZ  Kult.az-a istinaden xəbər verir ki, layihə rəhbəri Qəzənfər Bayramov tədbiri giriş sözü ilə açıb.

Bildirib ki, müasir Türkiyədə demokratik çoxpartiyalı siyasi sistemin yaranımasında və bərqərar olmasında rol oynamış azərbaycanəsilli şəxslərin, o cümlədən Əhməd bəy Ağaoğlu, Səməd Ağaoğlu, Əziz Alpout, İbarahim Cahangirzadə, Əli Əkbər Tufan və başqalarının fəaliyyətinin öyrənilib təbliğ edilməsinə ehtiyac var.

Onun sözlərinə görə, “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin hazırladığı “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabı bu istiqamətdə ilk sistemli işlərdən biri olmaqla mühüm bir tədqiqat istiqamətinin inkişafına, siyasi tariximizin mühüm dövrü və istiqaməti haqqında mövcud ağ ləkələrin aradan qaldırılmasına, eyni zamanda cəmiyyətlərimiz və siyasi partiyalar arasında sağlam münasibətlərin dərinləşməsinə töhfə verə bilər.

Kitabın həmmüəllifi Asif Nərimanlı bildirib ki, bu kitab mühacirət tariximizə yeni yanaşmanın gəlməsi, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni Türkiyədə davam etdirən azərbaycanəsilli siyasətçilərin həm də qardaş ölkənin siyasi-ideoloji quruculuğunda mühüm rol oynadığı tarixinə işıq tutmaq baxımından əhəmiyyətli mənbədir.

Diaspora