“Orxan Fikrətoğlu kinoda öz rolunun əhəmiyyətini böyütmək istəyir” - Kinotənqidçi

“Orxan Fikrətoğlu kinoda öz rolunun əhəmiyyətini böyütmək istəyir” - Kinotənqidçi backend

“Hazırda Venesiyada kinofestival keçirilir və Azərbaycanı tədbirdə Kino Agentliyi təmsil edir. Kino Agentliyinin rəsmi facebook səhifəsində festivalda iştirakla yayılan informasiyada manipulyativ məqamlar var və belə başa düşürəm ki, bu, təcrübəli jurnalist Orxan Fikrətoğludan qaynaqlanır".

QAZÌLER.AZ  Lent.az-a istinaden verdiyi xəbərə görə, bu fikirləri kinotənqdiçi Sevda Sultan öz sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, Venesiya festivalında Əsas müsabiqə, Horizontlar, Qısametrajlı filmlər müsabiqəsi, Müsabiqədənkənar baxış, Venesiya klassikası, Sconfini (eksperimental işlər, janr filmləri, arthauslar və s nümayiş olunur) və digər proqramlar var. 

“Bəz bizim filmlər hansı proqramdadır? Təbii ki, Əsas müsabiqədə, Horizontlarda, hətta Qısa film müsabiqəsində də yoxdur. ARKA-nın rəsmi səhifəsində isə belə yazılır:"Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub" (??). Yenə "ilk dəfə" sözü manipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Yəqin ki, Orxan müəllim İlqar Nəcəfin "Quşlar susanda" layihəsini film kimi sırıyır və yumşaq desək, bizi ələ salır.

Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun "Nabat"ı bu festivalın Horizontlar proqramında göstərilib. 2003-cü ildə Murad İbrahimbəyovun "Neft" filmi (Azərbaycan, Rusiya) Venesiya Kinsofestivalında ən yaxşı qısametrajlı filmə görə "Gümüş Şir" mükafatını alıb.

Daha sonra, yenə də ilk dəfə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya festivalının əsas müsabiqəsinə düşüb. Amma ARKA-nın facebook səhifəsində bu faktlar qeyd olunmur, saytlarda isə yalnız Hilal Baydarovun iştirakı sanki qəsdən dilucu və qeyri-dəqiq şəkildə yazılır. Orxan Fikrətoğlu bununla da kinoda öz rolunun əhəmiyyətini böyütmək istəyir və fikir formalaşdırmağa çalışır ki, məhz onun ARKA-ya rəhbərliyi dövründə kinomuz ilk dəfə Venesiya festivalına qatılıb. Təəssüf ki, nazirliyin mətbuat xidmətinin rəhbərliyi də bilgisizlikdən və ya qeyri-peşəkarlıqdan informasiyanı emal etmədən, yanlışları düzəltmədən yayır”- deyə o vurğulayıb

Diaspora