İstanbulda razılaşacaqdıq, lakin Zelenski... - Kornilov

İstanbulda razılaşacaqdıq, lakin Zelenski... - Kornilov backend

Hər şey Zelenskinin ağalarının əlindədir və ona bitirməyi əmr etsələr, o, hər şeyi edəcək. O, bu münaqişəni başlatmaya da bilərdi. Üstəlik, Putin bunu Dünya İqtisadi Forumunda xatırladıb, biz İstanbulda müqavilələr imzalamaqla münaqişəyə son qoya bilərdik.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Kornilov Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin bitmə tarixi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

"Bu müqavilələr açıq qalır, lakin Rusiyada baş verən konstitusiya dəyişiklikləri (yeni ərazilərin daxil edilməsi) nəzərə alınmaqla... Amma Zelenski bu münaqişəni uzatmaq üçün hər şeyi edir. Məsələn, Kurskdakı bu avantüra münaqişəni sona yaxınlaşdırmır, əksinə, sülhü ikinci plana qoyur", - o bildirib.

Qeyd edək ki, V.Zelenski münaqişənin qışa qədər bitirməyin vacibliyini növbəti dəfə xatırladıb.

Diaspora