700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...

700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki... backend

Olimpiya oyunlarında qalib gələn idmançılara göstərilən dövlət qayğısı gənclər arasında elmə yox, idmana yönəlməklə karyera qurmaq fikrini gücləndirir. Həkim-nevroloq Qalib Əsədov isə Oxu.az-a deyib ki, 700 bal yığan gənc olimpiya çempionundan daha üstündür.

QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov bildirib ki, 700 bal yığmaq uğur olsa da, onu olimpiya çempionu ilə müqayisə etmək yanlışdır.

Onun fikrincə, olimpiya çempionluğunu əldə etmək daha yüksək nəticədir:

“Hər zaman idman və mədəniyyət sahəsində uğurları olan gənclər, eləcə də yaşlı insanlar daha çox diqqət mərkəzində olublar. Lakin nədənsə elmin müxtəlif sahələrində uğur qazanan insanların əməyi bir o qədər də yüksək qiymətləndirilmir. Demirəm, heç qiymətləndirilmir, sadəcə, istənilən səviyyədə olmur. Yaxşı olar ki, onlar da fərqlənsin, qiymətləndirilsinlər. Məsələn, beynəlxalq olimpiadalarda qızıl, gümüş medal əldə edən gənclərimiz olur. Arzu edərdim ki, onlar ən yüksək səviyyədə ali məktəblərə qəbul olunsunlar. Onları yetişdirən məktəblər, müəllimlər, eləcə də özləri müəyyən mükafatlarla təltif olunsunlar. Onda əlbəttə, qalan insanlarda da fikir formalaşar ki, bu işə getmək, cəhd etmək lazımdır. Amma dediyim kimi, 700 bal toplayanla olimpiya çempionu olan idmançını müqayisə etmək olmaz”.

Sabiq nazir deyib ki, fərqlənən hər bir insana dəyər vermək lazımdır:

“Olimpiya çempionu olan şəxsin böyüklüyü ondan ibarətdir ki, onun yarışlarına bütün dünya baxır və orada çempionun ölkəsinin himni səsləndirilir, bayrağı ucaldılır. Bu, tamam başqadır. Ümumiyyətlə, fərqlənən insanların əməyinə qiymət verilməsini istərdim”.

 

 

Diaspora