ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Teleqramın təsisçisi Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün rüsvayçılıq adlandırıb.
QAZÌLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə E.Snouden X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Durovun həbsi əsas insan hüquqlarına, söz və birləşmək azadlığına hücumdur. Fransa Prezidenti Emmanuel Makronun şəxsi mesajlara çıxış yolu kimi girov götürmə səviyyəsinə enməsi məni təəccübləndirir və dərindən kədərləndirir. Bu, təkcə Fransa üçün deyil, bütün dünya üçün rüsvayçılıqıdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, Teleqramın təsisçisi Pavel Durov Parisin "Le Burje" hava limanında saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir.