Paris Durovdan Bakıya qarşı istifadə edəcək. Nə etməli?

Paris Durovdan Bakıya qarşı istifadə edəcək. Nə etməli? backend

Rusiya ilə Pavel Durov arasında niyə problem yaşanıb? Çünki Rusiya totalitar ölkədir və Teleqramda senzura tətbiq etməyə çalışırdı. Məsələn, 2011-ci ilin dekabrında FTX Pavel Durova Teleqramda beş icmanın fəaliyyətinin dayandırlmasını və iki görüşün qarşısını almağı təklif edib. Durov bundan imtina etdi. Bundan sonra o, Sankt-Peterburq Prokurorluğuna izahat vermək üçün çağırıldı. 2013-ci ildə isə Kiyevdə Avromeydan başladı. Eyni adlı qrupun Teleqramda fəaliyyətini izləmək üçün FTX məxfi materiallara giriş tələb etdi. Pavel Durov təzyiqlərə baş əysəydi, Teleqram ciddi itkilərlə üzləşəcəkdi. O, bunu etmədi...

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli Teleqramın sahibi Pavel Durovun Paris hava limanında həsb edilməsinə münasibət bildirərkən qeyd edib.

Onun fikrincə, Rusiyanın Teleqramı təqib etməsi məntiqlidir:

“Ancaq özünü demokratiyanın keşikçisi elan etmiş Fransanın Teleqrama qarşı hücuma keçməsi xeyli suallar yaradır. Azərbaycanın bu həbsdə adının hallanması (beynəlxalq media Durovun Fransaya məhz Azərbaycandan gedərkən həbs olunduğunu xüsusi vurğulayır – red.), əlbəttə, təsadüfi deyil. Fransanın xüsusi xidmət orqanlarının Pavel Durovu Azərbaycana casusluq etməkdə ittiham etməsi də gözləniləndir.

Bu arada onu da qeyd edim ki, cənab Durov həm də Rusiya vətəndaşıdır. Ona görə də Rusiyanın rəsmi orqanları bu həbslə bağlı proseslərə müvafiq olaraq müdaxilə etmək imkanına malikdir.

Pavel Valeryeviç Durov 10 oktyabr 1984-cü ildə Sankt-Peterburqda anadan olub. Onun atası rus, anası isə ukraynalıdır. Teleqram messencerin həmtəsisçisi və baş icraçı direktoru (CEO) olan Durov Fransa və Birləşmiş Ərəb Əmirliklərində sahibkar kimi fəaliyyət göstərir.

Durov 2023-cü ildə 11,5 milyard dollar sərvəti ilə “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onun sərvəti əsasən Teleqrama sahib olması ilə bağlıdır. Hazırda Durov “Forbes”ə görə 15,5 milyard dollar sərvəti ilə dünyanın 120-ci ən varlı adamıdır. 2022-ci ildə o, “Forbes” tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin ən zəngin mühaciri kimi tanınıb. 2023-cü ilin fevralında “Arabian Business” onu Dubayın ən nüfuzlu sahibkarı adlandırıb.

O, 2006-cı ildə Rusiyada məşhur olan “Vkontakte.ru” şəbəkəsini yaratdı. 2008-ci ildə 10 milyon istifadəçisi vardı. Elə həmin il o, rəqib “Odnoklassnik”i arxada qoydu...

Məşhur “Politico.eu” saytı yazır ki, onun həbsi Fransa Gömrük Departamentinə daxil olan Fırıldaqçılarla Mübarizə İdarəsinin müstəntiqləri tərəfindən həyata keçirilib. Son məlumatlara görə, o, Fransanın səlahiyyətli şəxsləri ilə əməkdaşlıqdan imtina etməkdə günahlandırılır.

Fransaya məxsus TF1 və BFM xəbər verir ki, Durovun bazar günü məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Bu olayda Azərbaycan üçün ən önəmli məqam ondan ibarətdir ki, Fransa Pavel Durovdan Azərbaycana qarşı ifadə ala bilərmi? Düşünmürəm, çünki Pavel Durov həyatı boyu dəfələrlə bu kimi təzyiqlərlə üzləşib. Bu qədər beynəlxalq nüfuzu və maliyyə imkanları olan birisini nəyəsə məcbur etmək o qədər də asan iş deyil...

Məncə, hazırda Azərbaycan olaraq bizi o düşündürməlidir ki, Pavel Durov məsələsindən Fransaya qarşı necə istifadə edə bilərik? Heç şübhəsiz ki, bu situasiyadan yararlanmaq lazımdır.

Pavel Durovun həbsi bir daha onu deməyə əsas verir ki, heç Qərbdə də azad jurnalistləri sevmirlər. Ömrü həbsxanalarda keçən “Vikiliks”in təsisçisi Culian Pol Assanc ABŞ-ın qəzəbindən hələ də qurtula bilmir...

Cənab Durov amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə demişdi: “Mən kimdənsə əmr almaqdansa, azad olmağı üstün tuturam”. Azadlığı üstün tutanları isə hətta Qərbdə də həbs edirlər...”

Diaspora